Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə bəzi ölkələr Zəngəzurda konsulluq açmaq üçün yarışa giriblər?

Ararat Mirzoyan öz çıxışında bir sıra ölkələrin Sünikdə (Zəngəzur) konsulluq açmaq istəyini dilə gətirib...

Siyasi-şərhçi: “Sünikdə açılan konsulluqlar bəzi ölkələr üçün aktual məsələyə çevrilməsi ilk növbədə, Azərbaycana təzyiq xarakteri daşıyır”.

“Erməni nazirin bu dedikləri sadəcə şübhə toxumu səpməyə hesablanıb. Bu da tarixboyu ermənilərin xislətlərinə uyğun olan hiyləgərlikdir”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Ermənistan xarici işlər nazirinin bir sıra ölkələrin Sünikdə (Zəngəzur) konsulluq açmaq istəyini dilə gətirməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan öz çıxışında bir sıra ölkələrin Sünikdə (Zəngəzur) konsulluq açmaq istəyini dilə gətirib. O, yekun razılaşma olmadığı üçün həmin ölkələrin adını açıqlamayıb. Mirzoyan İranın artıq konsulluq açdığını, Fransanın belə bir niyyətinin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Sünikdə Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir. Onun sözlərinə görə, İrəvan və Moskva bu məsələdə fəal əməkdaşlıq edirlər. Açıq şəkildə görünür ki, Ermənistan Zəngəzur ətrafında manipulyasiyalar aparmaqda maraqlıdır.

İrəvanın bu “oyunu” nə zamana qədər davam edə bilər və Sünikdə açılan konsulluqlar bəzi ölkələr üçün niyə aktual məsələyə çevrilib?

Ermənistanın yeni konsulluq “oyunu”nu Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Biz tarixi ərazilərimizi Zəngəzur daxil hissə-hissə azad edəcəyik. Açılan “konsulluqlar” da gorbagor olacaq”.

Putinin Paşinyanın “qələmini qırdığını” düşünən politoloq Poliqon-a bildirib ki, artıq Paşinyanın devriləcəyi barədə söz-söhbətlərin durmadan artması da təsadüfi deyil:

“Öncəliklə, qeyd etmək olar ki, Sünikdə açılan konsulluqlar bəzi ölkələr üçün aktual məsələyə çevrilməsi ilk növbədə, Azərbaycana təzyiq xarakteri daşıyır. Əvvəl İran bundan istifadə etdi, o da münasibətlərin Azərbaycanla gərgin vaxtları idi. İndi cənub qonşumuzdan Zəngəzur konsulluğu barədə açıqlamalar gəlirmi? Xeyr. Çünki, son aylarda ölkələrarası münasibətlərdə bir az yumşalma sezilir. Fransa barədə isə danışmağa belə dəyməz. Çünki, Ermənistanın “böyük bacısı” bəlkə hələ Zəngəzurda konsulluq açmağa gecikib.

Hesab edirəm ki, erməni nazirin bu dedikləri sadəcə şübhə toxumu səpməyə hesablanıb. Bu da tarixboyu ermənilərin xislətlərinə uyğun olan hiyləgərlikdir, yəni Azərbaycan bəzi ölkələrə şübhə etsin ki, konsulluq aça bilərlər və.s. Düşünürəm ki, bu heç bir nəticə verməyəcək. Artıq dünyada Azərbaycanın gücü, regionda söz sahibi olan ölkələrdən biri olması qəbul olunur. Azərbaycanın gücü artıq çatır ki, Zəngəzurda konsulluq açmaq istəyən dövlətlərin qarşısını alsın. Amma belə konsulluqların açılmasından ciddi narahat olmağa dəyməz. Açdıqları kimi, bağlayacaqları gün də olacaq.

Cavanşir Abbaslı: “Biz Amerikanın da, Almaniyanın da, digər dövlətlərin də Zəngəzurda konsulluqlarının açıldığının şahidi ola bilərik. Amma mahiyyətcə heç nə dəyişməyəcək”.

Mirzoyanın Rusiya ilə bağlı dediklərinin arxasında bəli, siyasi mesajların olması mümkündür. Bu da daha çox son zamanlar soyuqlaşan Ermənistan-Rusiya münasibətləri ilə bağlı ola bilər. Yəni, Ermənistan XİN başçısı guya İrəvan-Moskva münasibətlərinin normal olması görüntüsünü verir. Amma bunun belə olmadığı hər kəsə məlumdur. Putin Paşinyanın “qələmini qırıb” və bunun geridönüşü mümkünsüz görünür. Artıq Paşinyanın devriləcəyi barədə söz-söhbətlərin durmadan artması da təsadüfi deyil. Ermənistan tərəfi sadəcə bu cür açıqlamalarla Azərbaycanla bağlanacaq sülh sazişinin ömrünü uzatmağa cəhd edirlər. Qoyun uzatsınlar, artıq bu məsələ indiyə qədər hər uzandıqca Azərbaycan tərəfi sadəcə işğal altında olan ərazilərini azad etməklə məşğul oldu. İndi də uzadacaqlar, biz də tarixi ərazilərimizi Zəngəzur daxil hissə-hissə azad edəcəyik. Açılan “konsulluqlar” da gorbagor olacaq. Onun üçün deyirəm narahat olmağa dəyməz.

Sadəcə rəsmi İrəvan düşünür ki, belə konsulluqların açılması onlara dəstək anlamı daşıya bilər. Amma bu təbii ki, belə deyil. Artıq heç bir dövlət məğlub, ortalıqda qalmış Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq fikrində deyil. İran bunu sonunda dərk etdi. Fransası belə sonda Azərbaycanla münasibətləri düzəltməyə çalışacaq. Çünki Cənubi Qafqazda yer almağın yolu heç də Ermənistanı təsir dairəsində saxlamaqdan keçmir. Biz Amerikanın da, Almaniyanın da, digər dövlətlərin də Zəngəzurda konsulluqlarının açıldığının şahidi ola bilərik. Amma dediyim kimi, mahiyyətcə heç nə dəyişməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar