Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nişanına 1 gün qalmış özünü asan 17 yaşlı qızın “Əlvida..” videosu

Zaqatalada nişanından bir gün əvvəl özünü asan 17 yaşlı Gülər İsmayılovanın son paylaşımı ortaya çıxıb

Gənc qızın sosial şəbəkədə paylaşdığı videoda onun həzin musiqiyə qulaq asaraq ağladığı görünür.

PİA.az bildirir ki, Gənc qızın intiharı ilə bağlı yeni detallar da ortaya çıxıb.

Primetime.az-ın əldə etdiyi məlumata görə, qızın sevdiyi oğlan universitetdə oxuyur. Oğlan G. İsmayılovaya deyib ki, indi evlənə bilmərik, universiteti bitirim sonra ailə həyatı quraq.

Qız da onunla razılaşıb. Lakin G. İsmayılovayanın ailəsi onu başqa oğlanla nişanlamağa hazırlaşırmış və "həri”si verilibmiş.

Xatırladaq ki, hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb.

Bildirilib ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G. İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar