Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nigerdə çevriliş edən hərbi xunta “Vaqner”ə müraciəıt edib...

Nigerdəki hərbi çevrilişdən sonra Moskvanın demokratik yolla seçilmiş hökumətin zorakılıqla devrilməsini dəstəkləməyə çalışdığına dair işarələr artmaqdadır...

Poliqon xəbər verir ki. Bu barədə Almaniyanın Bild nəşri yazır. Tabloid qeyd edir ki, hələlik hərbi çevrilişin özünün Moskvanın təsiri altında baş verdiyinə dair heç bir sübut yoxdur. Lakin hərbi xunta Rusiya rejiminə yaxınlaşmağa çalışır. Hərbi xuntanın hakimiyyətdə qala bilməsi üçün “Vaqner”dən olan muzdlular bu işdə qiyamçılara kömək etməlidirlər.

Yevgeni Priqojin artıq audiomüraciətində hökumətin devrilməsini alqışlayıb. Görünür, Kreml hələ “Vaqner”siz keçinə bilmir. Bild qeyd edir ki, Afrikada muzdlular Moskvanın ən mühüm alətidir. “Vaqner” artıq Nigerin qonşu ölkələrində, Mali, Liviya və Burkina Fasoda əhəmiyyətli təsirə malikdir və həmçinin Çadda bir neçə dəfə möhkəmlənməyə çalışıb.

Bild yazır ki, Niger qiyamçıları da rus muzdlularına ümid edirlər. Hərbi xuntanın yüksək rütbəli nümayəndələri qonşu Mali ölkəsinə gedərək orada öz hakimiyyətini təmin etmək üçün “Vaqner” muzdlularından operativ dəstək istəyiblər.

Bəzi məlumatlara görə, Malidə 1000-dən çox “Vaqner” muzdlusu var. Qiyamçılar kömək üçün məhz qonşu ölkədəki muzdku ruslara müraciət edirlər və görünür, “Vaqner” muzdlularının tezliklə Nigerə köçürülməsinə çalışırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Ən çox oxunanalar