Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niger böhranı böyüyür: Dialioq, yoxsa hərbi müdaxilə?

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Nigerdəki dövlət çevrilişinin gedişatını dəyişdirmək üçün qoşun yerləşdirmək üçün ilk addımı atsa da, dialoq yolu ilə həll hələ də müzakirə mövzusudur...

Poliqon xəbər verir ki, təşkilatdan verilən açıqlamada deyilir.

ECOWAS Niger gündəliyi ilə keçirdiyi sammitdə üzv ölkələrin əsgərlərini ölkədə yerləşdirilməyə hazır vəziyyətə gətirmək qərarına baxmayaraq, problemi danışıqlar yolu ilə həll etmək istəyini təkrarlayıb.

Sammitə sədrlik edən ECOWAS-ın müddətli prezidenti Bola Tinubu “Diplomatik danışıqlar və dialoq bizim yanaşmamızın əsasını təşkil edir" deyib, həmçinin qeyd edib ki, bu yollar hələ tükənməyib.

Tinubu danışıqlar yolunun hələ də açıq olduğu mesajını verərkən, son çarə olaraq güc tətbiqinin hələ də masada olduğunu vurğulayıb.

ECOWAS Zirvə Toplantısının sonunda yayımlanan bəyanatda həm danışıqlar, həm də hərbi müdaxilə variantlarının olduğuna diqqət çəkilərək, böhranın sülh yolu ilə həlli üçün bütün variantların masa üzərində olduğu xatırladılıb.

Bəyanatda qeyd olunub ki, üzv dövlətlərin müdafiə nazirlərinə Nigerdə ​​“konstitusiya quruluşunun qurulması üçün” ehtiyat qüvvələri hazırlayıb yerləşdirmək tapşırılıb. Bu qüvvələrin harada və nə vaxt yerləşdiriləcəyi ilə bağlı məlumat paylaşılmayıb.

Açıqlamada iyulun 30-da keçirilən ilk zirvə toplantısında qəbul edilən sanksiya qərarlarının dəqiqliklə həyata keçiriləcəyi vurğulanıb və bu vəziyyətin Nigerdəki böhranın sülh yolu ilə həllinə birbaşa və ya dolayısı ilə zərbə vuran ölkələr üçün müəyyən nəticələr doğuracağı barədə xəbərdarlıq edilib.

Afrika İttifaqına da ECOWAS-ın qəbul etdiyi bütün qərarları təsdiqləməyə çağırılıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) daxil olmaqla, bütün müttəfiq qurumlar və ölkələr də ECOWAS-ın Nigerdə ​​konstitusiya quruluşunu bərpa etmək səylərini dəstəkləməyə dəvət edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar