Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan indiki məqamda riskə gedərək KTMT-dən çıxa bilər?

Ermənistan parlamentinin spikeri ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyini istisna etməyib...

Politoloq: “Hal-hazırda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyini çox da gözləmək mümkün deyil”.

“Paşinyan bir müddət gözləmə mövqeyini tuta bilər. Çünki Ermənistan o halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa bilər ki, Qərbin hərbi blokuna, NATO-ya üzv olsun. Hal-hazırda da Ermənistanın NATO-ya daxil olmaq məsələsi gündəmdə deyil”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Ermənistanın yenidən KTMT-dən çıxmasının gündəmə gəlməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan son açıqlaması ilə diqqət mərkəzinə düşüb. O, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyini istisna etmədiyini söyləyib. Onun sözlərinə görə, Ermənistanın regiondan uzaqlaşmaması çox önəmli məsələdir.

Bəs, indiki məqamda rəsmi İrəvan bu riskə gedərək KTMT-dən çıxa bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Düşünmürəm ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxaraq, Qərbin hərbi təşkilatına üz tutsun”.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurduğunu vurğulayan politoloq bildirib ki, bu proses davam edəcək. Ermənistan təşkilatından tam çıxmaq məsələsini sonraya saxlayacaq:

“Rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması barəsindəki məsələ uzun müddətdir ki, müzakirə mövzusudur. Bununla bağlı müxtəlif fikirlər zaman-zaman səsləndirilib. Görünür ki, Ermənistanın bu təşkilatdan çıxmasını istəyən Paşinyan hakimiyyəti içərisində iki şəxs var. Biri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır, biri də Parlamentin sədri Alen Simonyandır. Bu şəxslər Rusiya əleyhinə davamlı açıqlamaları ilə diqqət çəkirlər. Simonyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyi ilə bağlı verdiyi bəyanatlar da bu dalğanın tərkib hissəsidir.

Hal-hazırda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyini çox da gözləmək mümkün deyil. Çünki Ermənistanın ənənəvi müttəfiqləri olan Qərbdəki ABŞ və Fransada vəziyyət hal-hazırda gərgindir. Yəni Ermənistanın müttəfiqi olan Co Bayden və Emmanuel Makronun hakimiyyətdən getməsi məsələsi gündəmdədir.

Zeynal Əmrəliyev: “Hal-hazırda Ermənistanın NATO-ya daxil olmaq məsələsi gündəmdə deyil”.

Bunları hesablayaraq hələ ki, Paşinyan bir müddət gözləmə mövqeyini tuta bilər. Çünki Ermənistan o halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa bilər ki, Qərbin hərbi blokuna, NATO-ya üzv olsun. Hal-hazırda da Ermənistanın NATO-ya daxil olmaq məsələsi gündəmdə deyil. Buna görə də, düşünmürəm ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxaraq, Qərbin hərbi təşkilatına üz tutsun.

Onsuz da, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurub. Ermənistan artıq proseslərdə, iclaslarda iştirak etmir. Yəqin ki, bu proses davam edəcək. Ermənistan təşkilatından tam çıxmaq məsələsini sonraya saxlayacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Ən çox oxunanalar