Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sergey Şoyqu: Bu, nüvə terrorudur, Rusiya Kursk vasitəsilə danışıqlara getməyəcək

Rusiya Federasiyasının keçmiş müdafiə naziri, Təhlükəsizlik Şurasının hazırkı katibi Sergey Şoyqu bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin ərazisində olduğu müddətdə danışıqlar mümkün deyil...

Poliqon xəbər verir ki, Şoyqu Kursk AES-in ələ keçirilməsi ilə bağlı iddia edilən planlara istinad edərək, Ukraynanın nüvə terroru törətdiyini, heç bir danışıqların olmayacağını qeyd edib.

"Biz terrorçularla heç bir danışıqlar aparmamışıq, aparmırıq və aparmayacağıq. Onlar da məhz terrorçudur. Kursk AES-ə qarşı nüvə terroru törətmək istəyi terrorun ən yüksək səviyyəsindən başqa bir şey deyil", deyə Şoyqu bildirib.

Generalın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kursk AES-i ələ keçirmək üçün ona doğru gedirmiş.

"Biz onları öz ərazimizdən çıxarmayana qədər, təbii ki, onlarla heç bir danışıqlar aparmayacağıq", deyə Şoyqu qeyd edib.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski təsdiqləyib ki, Kiyev öz tərəfdaşları ilə birlikdə Rusiya Federasiyasının nümayəndələrinin də dəvət ediləcəyi növbəti sülh sammitində baxılmaq üçün müharibəyə son qoymaq üçün ətraflı plan hazırlayır. Bununla belə, Rusiya xəbərdarlıq edir ki, Ukraynanın təklif etdiyi sülh formulunu qəbul etməyəcək, çünki bu, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasını nəzərdə tutur.

Bu yaxınlarda Putin bildirib ki, danışıqlar layihəsi 2022-ci ilin yazında hazırlanmış sülh planı ” əsasında aparılmalıdır. Bu plan Ukraynanın faktiki təslim olmasını nəzərdə tutur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Azərbaycan XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

Ərdoğan: Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay