Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reuters Durovu saxlayan J3 bölməsi ilə bağlı təfərrüatları öyrənib

Telegram rəhbərinin həbsinin arxasında Parisin kiçik kibercinayətkarlıq bölməsi dayanır...

Qlobal texnologiya nəhənglərinə xəbərdarlıq olan Telegram rəhbəri Pavel Durovla bağlı araşdırma Paris prokurorluğunun 38 yaşlı Jeanne Brousse-nin rəhbərlik etdiyi kiçik J3 kibercinayətkarlıq bölməsi tərəfindən başladılıb.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, ötən şənbə günü 39 yaşlı Durovun həbsi Fransa hakimiyyətinin öz platformalarında qanunsuz məzmuna nəzarət etmək istəməyən texnologiya şirkətlərinin rəhbərlərinə yanaşmasında əhəmiyyətli dəyişiklik olduğunu göstərir.

Paris prokuroru Laure Bequois qeyd edib ki, Broussenin bölməsi Durovu bu ilin əvvəlində onun tətbiqindən bir çox iddia edilən cinayətlərdə istifadə etdiyini aşkar etdikdən və Telegram-dan qanuni sorğulara demək olar ki, tam cavab verilməməsi ilə qarşılaşdıqdan sonra araşdırmaya başlayıb.

Brousse bu barədə ətraflı şərh verməkdən imtina edib. Yanvar ayında Liberation qəzetinə verdiyi müsahibədə o, ofisinin Telegram və mesajlaşma proqramı “Discord” ilə bağlı getdikcə artan sayda araşdırmalara nəzarət etdiyini qeyd edib.

Qeyd edilir ki, J3 kibercinayətkarlıq bölməsi Fransada geniş səlahiyyətlərə malikdir. Üstəlik, söhbət beş müstəntiqdən ibarət nisbətən kiçik strukturdan gedir. Müqayisə üçün qeyd edək ki, İsveçrədə analoji komandada 55-60 mütəxəssis çalışırƏ deyə Reuters yazır.

Fransada rəsmi təhqiqat ona qarşı başlanılan şəxsin təqsirini və ya məcburi mühakimə olunmasını nəzərdə tutmur, lakin onu göstərir ki, hakimlər istintaqı davam etdirmək üçün kifayət qədər sübutların olduğunu hesab edirlər. İstintaq işin məhkəməyə verilməsinə və ya xitam verilməsinə qədər illər davam edə bilər. Durov isə hazırda girov müqabilindədir və ona Fransanı tərk etmək qadağandır.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb. Dörd gün həbsdə qaldıqdan sonra Durov 5 milyon avro girov müqabilində sərbəst buraxılıb. Sentyabrın 31-də məlum olub ki, Telegram-ın yaradıcısı əvvəllər Fransanın xüsusi xidmət orqanları ilə əlaqəli çalışıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar