Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp keçid komandasına Robert Kennedi və Tulsi Qabbardıni əlavə edib

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp noyabrda keçiriləcək ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə keçmiş namizədlər kiçik Robert Kennedi və Tulsi Qabbardı öz keçid komandasına daxil edib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Trampın kampaniyasının bəyanatına istinadən məlumat yayıb.

Prezident Trampın geniş tərəfdarları koalisiyası genişləndikcə, kiçik Robert Kennedy və Tulsi Gabbardın Trump/Venc keçid komandasına qoşulmasından qürur duyuruq”, deyə Trampın seçki kampaniyasının baş məsləhətçisi Brayan Hughes bildirib.

Qeyd edək ki, 70 yaşlı Kennedi, ekoloji hüquqşünas, peyvənd əleyhinə fəal və Demokratik Partiyanın siyasi sülaləsinin davamçısı olaraq keçən həftə kampaniyasını dayandırana və Trampı dəstəkləyənə qədər prezidentliyə müstəqil namizəd kimi mübarizə aparıb.

Kiçik Kenendi Ağ Ev uğrunda yarışa Baydenin Demokratik rəqibi kimi daxil olub və daha sonra müstəqil namizəd kimi iştirak edib.

Keçmiş Demokrat konqresmen olan Qabbard 2020-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün uğursuz çıxış edib. 2022-ci ildə müstəqil namizəd olmaq üçün partiyanı tərk edib. Bayden və onun administrasiyasını getdikcə daha çox tənqid edən Qabbard indi mühafizəkarlar arasında populyardır, tez-tez ifrat sağçı televiziya və radio şoularında qonaq kimi görünür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Ən çox oxunanalar