Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Əminəm ki, Qarabağda Rusiyanın konsulluğu olmayacaq...

Vladimir Putinin Bakıya səfəri fonunda Rusiyanın Qarabağda baş konsulluğunun açılması yenidən gündəmə gəlib...

Siyasi-şərhçi: “Rusiyanın Qarabağın Dağlıq hissəsində, ümumiyyətlə Azərbaycanın Bakıdan kənar hər hansı bir bölgəsində konsulluq açması əhəmiyyətsiz bir məsələdir”.

“Əminəm ki, Rusiya bu məsələdən Azərbaycana təzyiq kimi istifadə etməyə çalışır. Görünür bu dəfəki səfəri Putinin hansısa konkret nəticələr əldə etməsinə hesablayıb”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiya prezidentinin Azərbaycana səfəri fonunda Moskvanın Qarabağda baş konsulluq açmaq istəyinin yenidən gündəmə gəlməsini Poliqon-a şərh edərkən qeyd edib.

Vladimir Putinin Bakıya səfəri fonunda Rusiyanın Qarabağda baş konsulluğunun açılması yenidən gündəmə gəlib. Belə ki, Rusiyanın TASS Agentliyi Azərbaycanın Rusiyadakı səfirinin sözlərini təhrif edərək yazıb ki, səfər çərçivəsində bu məsələ də müzakirə oluna və öz həllini tapa bilər. Səfir isə öz növbəsində bunu təkzib edib.

Rusiyanın Qarabağda heç bir rus olmadığı halda konsulluq açmaq istəməsi əslində nədən xəbər verir?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Əlbəttə, Rusiya Qarabağda konsulluq açmaq istəyir və istəyir ki, Zəngəzur dəhlizinin açılmasında da o konsulluğun müəyyən rolu olsun”.

Bu günkü vəziyyətində Rusiyanın hansısa dövlətə təzyiq etməsinin bir qədər qeyri-ciddi göründüyünü vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiyanın daxilində müharibə gedir və bu müharibə Moskvanın əlini-qolunu bağlayır:

“Maraqlıdır ki, əgər Polad Bülbüloğlu belə bir məsələni deməyibsə, niyə Rusiyanın dövlət agentliyi Azərbaycan səfirinə istinadla belə bir məlumat yayıb? Deyibsə də, niyə deyib? Bunu aydınlaşdırmaq təbii ki, bizim işimiz deyil.

Rusiyanın Qarabağın Dağlıq hissəsində, ümumiyyətlə Azərbaycanın Bakıdan kənar hər hansı bir bölgəsində konsulluq açması əhəmiyyətsiz bir məsələdir. Konsulluq xidmətləri göstərmək üçün Rusiyanın Bakıda səfirliyinin nəzdində konsulluq xidməti var. Bu da kifayət edir.

Əminəm ki, Rusiya bu məsələdən Azərbaycana təzyiq kimi istifadə etməyə çalışır. Görünür bu dəfəki səfəri Putinin hansısa konkret nəticələr əldə etməsinə hesablayıb. Buna görə, çalışır bütün bu məsələlərdən Azərbaycana qarşı təzyiq kimi istifadə etsin. Başqa bir səbəb görmürəm.

Ərəstun Oruclu: “Moskva istəyir ki, təkcə Ermənistandan deyil, dəhlizin Azərbaycandan keçən hissəsini nəzarətdə saxlamaqda konsulluq iştirak etsin”.

Əminəm ki, Qarabağda Rusiyanın konsulluğu olmayacaq. Bu qeyri-mümkündür. Əlbəttə, Rusiya Qarabağda konsulluq açmaq istəyir və istəyir ki, Zəngəzur dəhlizinin açılmasında da o konsulluğun müəyyən rolu olsun. Eyni zamanda Moskva istəyir ki, təkcə Ermənistandan deyil, dəhlizin Azərbaycandan keçən hissəsini nəzarətdə saxlamaqda konsulluq iştirak etsin.

Düşünmürəm ki, bunun reallaşması üçün də Rusiyanın konsulluğunun açılmasına ehtiyac yaransın. Rusiya özü də bunu başa düşür və bundan yalnız təzyiq vasitəsi kimi istifadə edir. Amma bu günkü vəziyyətində Rusiyanın hansısa dövlətə təzyiq etməsi bir qədər qeyri-ciddi görünür. Çünki Rusiyanın daxilində müharibə gedir və bu müharibə Moskvanın əlini-qolunu bağlayır ”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən çox oxunanalar