Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreya Xarici İşlər naziri Rusiyaya səfərə yola düşüb

Rusiya səfirliyi: KXDR Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyaya səfərə yola düşüb...

Şimali Koreyanın xarici işlər naziri Çoi Son Hi Rusiya Federasiyasına rəsmi səfərə gedib, o, Avrasiya Qadınlar Forumunda, eləcə də BRİKS Qadınlar Forumunda iştirak edəcək.

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın KXDR-dəki səfirliyinin Telegram-kanalında deyilir.

Məlumata görə, sentyabrın 16-da xarici siyasət idarəsinin rəhbəri Vladivostoka səfər edəcək.

“Xalq Respublikasıbnın xarici siyasət idarəsinin rəhbəri daha sonra Sankt-Peterburqa gedəcək və burada 18-20 sentyabr tarixlərində IV Avrasiya Qadınlar Forumunda və BRİKS Qadınlar Forumunda iştirak edəcək”, deyə səfirlik vurğulayıb.

Qeyd olunur ki, KXDR-dən olan nümayəndə heyəti Sankt-Peterburqun görməli yerləri ilə tanış olmaq üçün geniş mədəni proqramın iştirakçısı olacaq.

Qeyd edək ki, sentyabrın 14-də KXDR Dövlət Şurasının sədri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə iki dəfə görüşüb. Bu görüşlər Rusiya prezidenti Vladimir Putinin əvvəllər Pxenyana səfəri zamanı qaldığı Kumsusan Dövlət İqamətgahında baş tutub.

Şimali Koreya mediasının məlumatına görə, Şoyqu və Kim Çen In regional və beynəlxalq vəziyyətlə bağlı geniş spektrli məsələləri, habelə KXDR ilə strateji dialoqun dərinləşdirilməsi yolu ilə təhlükəsizlik sahəsində qarşılıqlı maraqların qorunması üçün əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Qeyd edilib ki, müzakirə olunan mövzular üzrə hər iki tərəf “ümumi qaneedici rəyə” gəlib.

Polioqn.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

Ən çox oxunanalar