Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Payızda Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya nə qədər gözləniləndir?

Azərbaycanda payızda COP29 beynəlxalq konfrans keçiriləcək. Məhz buna görə, Azərbaycan Ermənistanla hərbi eskalasiyada maraqlı deyil...

Politoloq: “Əslində nə Azərbaycan, nə də Ermənistan bu eskalasiyada maraqlı deyillər”.

“Fransa və bəzi digər qüvvələrin marağındadır ki, Azərbaycan Ermənistanla hər hansı bir qarşıdurmada eskalasiya yaransın. Bu yolla da COP-29 tədbiri ərəfəsində Azərbaycanla Ermənistan arasında güya müharibə görüntüsünü yaratsınlar və COP-29 tədbiri ilə bağlı da təxribat xarakterli planlarını həyata keçirsinlər”.

Bu sözləri politoloq Xəyal Bəşirov AzərbaycanErmənistan arasında baş verə biləcək eskalasiya iddiasını Poliqon-a şərh edərkən qeyd.

Bildiyimiz kimi, Azərbaycanda payızda COP29 beynəlxalq konfrans keçiriləcək. Məhz buna görə, Azərbaycan Ermənistanla hərbi eskalasiyada maraqlı deyil. Amma, Qərbdə Fransa və bir sıra mərkəzlər, həmçinin Rusiyaİran sülhün əldə edilməsində maraqlı deyillər. Onlar çalışırlar ki, AzərbaycanErmənistan arasında hərbi eskalasiya baş versin. Bu ölkələr məhz COP29-u boykot etmək üçün hərbi təxribatlarda maraqlıdır.

Bəs, AzərbaycanErmənistan arasında payızda hərbi eskalasiya nə qədər gözləniləndir və bu eskalasiya baş verərsə, Azərbaycanın üzləşə biləcəyi problemlər hansılardır?

Mövzunu Poliqon-un əməkdaşı "Siyasi və Hüquqi  Araşdırmalar Mərkəzinin" rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Ermənistan Azərbaycanın ev sahibliyi etməsinə səs verirsə, bunun ardınca Azərbaycan Ermənistanın rəsmi qaydada COP-29 tədbirinə dəvət edirsə, Azərbaycanın Ermənistana hər hansısa bir eskalasiyadan söhbət gedə bilərmi?”.

Ermənistan hər hansı bir addım atacaqsa, bunu birmənalı şəkildə Ermənistanın Fransa kimi və digər qüvvələrin maraqlarına uyğun addım atdığının isbatı olunacağını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycanın COP-29 tədbirinə ev sahibliyi etməsi məsələsinə Ermənistan, digər dövlətlərlə yetkil olaraq səs verib:

“Dünyada ən önəmli tədbirlərdən biri olan COP-29 BMT İqlim Dəyişiklikləri Konfransı Azərbaycanda keçiriləcək. COP-29 tədbirinin keçirilməsi ilə bağlı artıq Azərbaycan aylardır ki, həm beynəlxalq aləmdə, həm də ölkə daxilində tədbirə hazırlıq işləri görür. Təbii ki, belə hazırlıq işləri görən, o cümlədən ümumiyyətlə, Ermənistanla qarşıdurmada maraqlı olmayan, xüsusilə də bu tədbirlə bağlı eskalasiyada maraqlı olmayan Azərbaycanı Ermənistanın hücum etməkdə ittiham etməyinin özü ikiüzlülükdür.

Bu fikirləri hansı qüvvələrin səsləndirdikləri hər birimizə bəllidir. Amma bundan daha təhlükəlisi odur ki, bu qüvvələr Azərbaycanla Ermənistan arasında növbəti qarşıdurmada maraqlı olmaqla paralel olaraq, bu istiqamətdə əllərindən gələni edirlər.

Bildiyimiz kimi, COP-29 tədbiri qarşıdurmanın, eskalasiyanın və yaxud hər hansı bir təhlükənin olduğu ərazilərdə keçirilməli olan tədbir deyil. İstənilən dövlət bu tədbiri keçirirsə, o tədbirlə bağlı o ölkəyə nəzərdə tutulduğu kimi, on minlərlə əcnəbi turist və digər şəxslər gəlir. Xüsusilə də, Azərbaycana dövlət başçıları, hökumət başçıları səfər edəcəklərsə, bu halda Azərbaycan ümumiyyətlə hər hansı bir qarşıdurmaya, hər hansı bir eskalasiyaya rəvac verən addımdan yana olmadığı məntiqlidir.

Amma Fransa və bəzi digər qüvvələrin marağındadır ki, Azərbaycan Ermənistanla hər hansı bir qarşıdurmada eskalasiya yaransın. Bu yolla da COP-29 tədbiri ərəfəsində Azərbaycanla Ermənistan arasında güya müharibə görüntüsünü yaratsınlar və COP-29 tədbiri ilə bağlı da təxribat xarakterli planlarını həyata keçirsinlər.

Xəyal Bəşirov: “Əgər Cənubi Qafqaz regionunda Ermənistan vasitəsilə eskalasiya xarakterli addımlar olacaqsa, bu birmənalı Fransa kimi dövlətlərin Ermənistana diqtəsi, təzyiqi, və təsiri nəticəsində atılmış bir addım olacaq”.

Bu gözlənilən gərginlik məsələsi ilə bağlı bir məqamı diqqətə çatdırım ki, əslində nə Azərbaycan, nə də Ermənistan bu eskalasiyada maraqlı deyillər. Ancaq Ermənistan hər hansı bir addım atacaqsa, bu birmənalı şəkildə Ermənistanın Fransa kimi və qeyd etdiyiniz digər qüvvələrin maraqlarına uyğun addım atdığının isbatı olacaq. Azərbaycanın COP-29 tədbirinə ev sahibliyi etməsi məsələsinə Ermənistan, digər dövlətlərlə yetkil olaraq səs verib. Yəni COP-29 tədbirinin Azərbaycanda keçirilməsinə səs verən Ermənistan bunu qəbul edib ki, Azərbaycan COP-29 tədbirini keçirtsin və bu məsələdə Azərbaycana səs verib. Azərbaycan da öz növbəsində Ermənistanın COP-29-un Şərqi Avropa təşkilatına üzvlüklə bağlı məsələyə səs verib və eyni zamanda Azərbaycan bu gün sülh istiqamətində addımlar atdığımız Ermənistanı rəsmi qaydada COP-29 tədbirinə dəvət edib.

Ermənistan Azərbaycanın ev sahibliyi etməsinə səs verirsə, bunun ardınca Azərbaycan Ermənistanın rəsmi qaydada COP-29 tədbirinə dəvət edirsə, Azərbaycanın Ermənistana hər hansısa bir eskalasiyadan söhbət gedə bilərmi? Əsla. Yəni bu olsa əgər, Azərbaycana qarşı növbəti təxribat xarakterli bir addım olar. Bundan sonra əgər Cənubi Qafqaz regionunda Ermənistan vasitəsilə eskalasiya xarakterli addımlar olacaqsa, bu birmənalı Fransa kimi dövlətlərin Ermənistana diqtəsi, təzyiqi, və təsiri nəticəsində atılmış bir addım olacaq.

Bu da birmənalı şəkildə 2024-ci il olimpiadasını keçirməklə özünü biabırçı vəziyyətə salmış Fransanın COP-29 tədbrini pozmaq cəhdləri hesab olunacaq. Təbii ki, bu artıq təkcə Azərbaycana qarşı deyil, ümumilikdə iqlim dəyişikliklərində bəşəriyyət üçün, insanlıq üçün ən ciddi problemlərdən olan iqlim dəyişikliyiylə bağlı BMT-yə, BMT-nin bütün üzvlərinə qarşı atılmış addım olacaq. Təbii ki, bunun da cavabını beynəlxalq ictimaiyyət özü verməlidir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar