Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan Aİ-nin təhlükəsizliyi üçün təhlükəyə çevirilir?..

Macarıstan Rusiya və Belarus vətəndaşlarının təhlükəsizlik yoxlaması olmadan Avropa İttifaqına daxil olmasına icazə verməklə alyansı növbəti dəfə qəzəbləndirib...

Poliqon Almaniyanın RND nəşrinə istinadən xəbər verir ki, Aİ rəsmiləri Macarıstanın baş naziri Viktor Orbanın "təhlükəsizlik üçün təhlükəyə" çevrildiyini düşnür. Çünki Avropa İttifaqının ərazisinə gələn əcnəbilər arasında rusiyalı casuslar və terrorçular ola bilər.

"Artıq bir neçə gündür ki, ruslar heç bir yoxlama olmadan Macarıstan vasitəsilə Aİ-yə sərbəst daxil olub, digər alyans ölkələrinə keçə bilirlər. Bu, onların Macarıstanda işçi kimi qeydiyyata alınması sayəsində mümkün olub. Bu, Macarıstanda baş nazir Viktor Orbanın iyul ayında Rusiya və Belarusdan olan insanlara təqdim etdiyi maaşlı şəxs kimi qeydiyyat sayəsində mümkün olub", deyə jurnalistlər qeyd edirlər.

Avropa İttifaqının xarici siyasəti üzrə ekspert, Avropa Parlamentinin üzvü Sergey Laqodinski hesab edir ki, Rusiya hökuməti hibrid hücumların köməyi ilə Avropanı zəiflətməyə çalışdığı bir şəraitdə ölkəyə təhlükəsizlik yoxlaması olmadan icazə verilməsi düzgün deyil.

Xatırladaq ki, ayın əvvəlində Avropa İttifaqı Şurasına rəhbərlik etməyə başlayan Macarıstanın baş naziri Kiyevə səfər edib və Ukraynanı atəşi dayandırmağa çağırıb. Daha sonra o, Moskvaya yollanıb və səfərini "sülhməramlı missiya" adlandırıb. Ardınca Orban Çin və ABŞ-a səfər edib.

Avropa İttifaqında Orban bu səfərə görə sərt tənqidlərə məruz qalıb. Bu, Macarıstan tərəfinin tərəfdaşların narazılığına səbəb olan növbəti hərəkəti olub.

Keçən həftə o, Polşanı "ikiüzlü siyasət" yürütməkdə günahlandırıb və həmçinin bildirib ki, "Şimal axını"na hücum Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında həyata keçirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar