Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leysan Qərb bölgəsində fəsadlar törədib

Yağıntılı hava şəraiti Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Samux və Göygöl rayonlarında bir sıra fəsadlar törədib...

“Report”un Qərb bürosunun məlumatına görə, son günlər yağan güclü yağışlar səbəbindən bir çox çaylarda suyun səviyyəsi artıb, çaylardan sel keçib.

Daşkəsən şəhərində və kəndlərində yağış suları ərazilərə, əkin sahələrinə dolub, təsərrüfata zərər dəyib. Bayan və Quşçu kəndlərində sel kənd yoluna ziyan vurub, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində nəqliyyatın hərəkəti leysan səbəbindən qismən çətinləşib.

Gədəbəy rayonunda da sel fəsadlar törədib, təsərrüfata, biçənəklərə zərər vurub. Kənd yolları sel səbəbindən bir müddət keçilməz olub. Samux rayonun bəzi kəndlərində olan dərələrdən sel keçib. Bir vətəndaşa məxsus "VAZ" markalı avtomobil sel sularının əhatəsində qalıb.

Şəmkir, GöygölTovuz rayonlarının ucqar kəndlərində də anoloji hal yaşanıb, əkin sahələrinə, şəxsi təsərrüfatlara zərər dəyib.

Qeyd edək ki, Gəncə şəhərinə yağan güclü yağış qəsəbələrdə, küçələrdə fəsadlar yaradıb. Yağış suları piyadaların və avtomobillərin hərəkətində qismən çətinlik yaradıb.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq rayonlarda leysan yağır. Daşkəsən-Gəncə və Şəmkir-Gədəbəy avtomobil yollarında qatı duman müşahidə olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar