Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB Trampa sui-qəsd cəhdinin motivini müəyyən edə bilmir

Yüzdən çox insanla müsahibə aparan və lazımi məlumatları əldə edən Federal Tədqiqat Bürosu (FTB) Pensilvaniyada mitinqdə ABŞ-ın keçmiş prezidentini güllələyən Tomas Metyu Kruksun bu addımının motivlərini müəyyən edə bilməyib...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Amerika kəşfiyyat orqanları təcavüzkarın telefonuna giriş əldə etdikdən, onun kompüterini, evini və avtomobilini yoxladıqdan və 100-dən çox insanla müsahibə apardıqdan sonra onun şənbə günü Trampın mitinqində niyə atəş açması sirriini müəyyənləşdirə bilməyib.

Hüquq-mühafizə orqanının rəsmisi Associated Press-ə anonimlik şərti ilə deyib ki, Kruksun telefonunda motiv və ya təkbaşına hərəkət edib-etməməsi ilə bağlı heç bir mənalı sübut yoxdur.

Donald Trampa sui-qəsd iyulun 13-də axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra o, qulağı qanlı halda səhnədən endirilib və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

Atəş açan şəxs 20 yaşlı Pensilvaniya sakini Tomas Metyu Kruks olub və hadisə yerindəcə öldürülüb. New York Post mənbələrinin məlumatına görə, gənc Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Ən çox oxunanalar