Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Qarabağda vaxtilə yaşamış ermənilərin “hüququları”na hörmət edilməsi gərəkdiyini bildirib və onların geri qaytarılmasının vacibliyini vurğulayıb...

Azər Qasımov: “İran rejimi adından danışan səfirin fikirləri Azərbaycan dövləti üçün maraqlı deyil və heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan İran rejimindən bu məsələdə heç bir konstruktiv addım gözləmir”.

“Özünü regionda söz sahibi göstərmək istəyən İran rejimi yaxşı bilməlidir ki, üzərində durduğu məsələ Azərbaycanın istədiyi kimi həll olunub. Bundan sonra da Azərbaycan dövlətinin istədiyi kimi həll olunacaq”.

Bu sözləri politoloq Azər Qasımov İranın Ermənistandakı səfirinin Qarabağla bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, İranın Ermənistandakı səfiri, “Azadlıq Radiosu”na verdiyi müsahibə ilə yenidən gündəm olub. Hər zaman ermənilərin yanında olduğunu nümayiş etdirməkdən xüsusi zövq alan Mehdi Sübhani budəfəki müsahibəsində Qarabağla bağlı işlətdiyi ifadələr ilə erməni mediasının “diqqət mərkəzindədir”. Sübhani Qarabağda vaxtilə yaşamış ermənilərin “hüququları”na hörmət edilməsi gərəkdiyini bildirib və onların geri qaytarılmasının vacibliyini vurğulayıb. Bilirik ki, Qarabağı könüllü olaraq tərk edən ermənilər Azərbaycan vətəndaşı olmaq istəmədikləri üçün geri dönmək də istəmirlər.

Bu məqamda bəzi Qərb siyasətçiləri və diplomatları kimi İran səfirinin də belə qalmaqallı açıqlamalar verməsi nəyə hesablanıb və bu məsələdə İranla Qərb ölkələrinin maraqları üst-üstə düşür?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Qarabağdakı ermənilər şələ-şülələrini yığıb Azərbaycandan birdəfəlik başıalovlu qaçmayıblar ki, bir də geri qayıtsınlar”.

Azərbaycanın öz siyasətini İranın fikirləri üzərində qurmadığını vurğulayan politoloq qeyd edib ki, İran rejimi oyundan kənar qalmış oyunçudur:

İran rejimi həmişəki kimi öz ampulasındadır. Irandan bundan artıq nəsə gözləmək də yanlış olar. Əvvəla, İran rejimi adından danışan səfirin fikirləri Azərbaycan dövləti üçün maraqlı deyil və heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan İran rejimindən bu məsələdə heç bir konstruktiv addım gözləmir. Öz siyasətini də İranın fikirləri üzərində qurmur. İran rejimi oyundan kənar qalmış oyunçudur.

İran heç vaxt regionda söz sahibi olmayıb, bundan sonra da olmayacaq. Özünü regionda söz sahibi göstərmək istəyən İran rejimi yaxşı bilməlidir ki, üzərində durduğu məsələ Azərbaycanın istədiyi kimi həll olunub. Bundan sonra da Azərbaycan dövlətinin istədiyi kimi həll olunacaq. Odur ki, ortada söz aparıb-gətirməklə məşğul olmasın.

Ermənistan özü öz işini yaxşı başa düşüb, daha doğrusu başa salınıb. Ona görədir ki, Qarabağdakı ermənilər şələ-şülələrini yığıb Azərbaycandan birdəfəlik başıalovlu qaçmayıblar ki, bir də geri qayıtsınlar. Qayıtmanın tək şərti Ermənistandan qovulan azərbaycanlıların geri qayıtmasıdır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay