Drexel Universitetinin mütəxəssisləri bir sıra obyektiv təbii və hava faktorlarını tədqiq edərək belə nəticəyə gəliblər ki, qlobal istiləşmənin təsiri nəticəsində Filadelfiya, Boston və Nyu-York suların altında qala bilər...
Poliqon xəbər verir ki, bu barədə araşdırmanı alimlər öz qənaətlərini Phys.org portalında dərc ediblər.
Tədiqiqtda qeyd edilir ki, daşqınlar ABŞ meqapolislərini gözləyən tək fəlakət deyil. ABŞ-ın köhnə sahil şəhərləri təmizlənməmiş kanalizasiya sularından ciddi şəkildə ziyan görüb və daşqınlar zamanı bu aqlomerasiyaların qarışıq layihəli kanalizasiya sistemi zədələnərək sıradan çıxacaq.
“Hazırda ABŞ-ın meqapolislərində yağış və çirkab suları eyni borularla axır. Və ciddi daşqın zamanı onların yük çox artacaq, bu da çoxsaylı qəzalara və infeksiyanın aktiv yayılmasına səbəb ola bilər”, deyə alimlərin tədqiqatını şərh edən “Planet Today” portalı yazır.
Tədqiqatçılar vurğulayırlar ki, iqlim dəyişikliyi daha çox yağıntılara səbəb olur və çayların səviyyəsi yüksəlir. Bundan əlavə, buzlaqların aktiv əriməsi dəniz səviyyəsinin qalxmasına səbəb olur. Artıq bu gün peyk görüntüləri Amerikanın Atlantik okeanı sahillərində məskunlaşan ərazilərin sürətlə su altında qaldığını göstərir.
Poliqon.info