Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanda dini mərasimdə 120-dən çox adam basırıqda ölüb

Hindistanın Uttar Pradeş ştatında dini toplantıda izdiham nəticəsində 121 nəfər ölüb, 28 nəfər yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə Hindistan polisi jurnalistlərə məlumat verib.

Çərşənbə axşamı dini vaiz Bhole Baba ilə görüşə 50 min insanın gəldiyi faciə yerində kriminoloqlar və məhkəmə ekspertləri işləyir. Hadisənin təşkilatçılarına qarşı cinayət işi açılıb. Polis fövqəladə vəziyyətdən sonra yoxa çıxan moizəçinin özünü axtarır. Bhole Babanın xeyriyyə fondu “Ram Kutir”in ofisində və evində axtarış aparılıb.

İzdiham Baba öz tərəfdarlarının toplantısından çıxarkən başlayıb. İnsanlar ehtiram əlaməti olaraq onun ayaqlarına toxunmaq üçün Babanın arxasınca qaçmağa başlayıb. Onların çoxu yerə yıxılıb və basırıqda ölüblər. Mühafizəçilər vaizin avtomobili uzaqlaşana qədər hadisə yerindən çıxışı bağlayıblar. Bu müddət ərzində yerə yıxılan insanlar ayaq altında can veriblər. Ölənlərin böyük əksəriyyəti qadınlardır.

Uttar Pradeş ştatının Baş Naziri Yogi Adityanath hadisənin “qəza və ya sui-qəsd” olduğunu müəyyən etmək üçün hərtərəfli təhqiqat aparılmasına göstəriş verib.

Hindistanın baş naziri Narendra Modi həlak olanların və yaralananların ailələrinə başsağlığı verib və onlara pul təzminat ödəniləcəyini açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Ərdoğan: Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq

Ən çox oxunanalar