Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanı irimiqyaslı korrupsiyaya görə NATO-da görmək istəmirlər

Dövlət Departamenti hesab edir ki, Ukrayna liderləri ilə korrupsiyaya qarşı mübarizə üçün əlavə addımlar barədə danışmaq lazımdır...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Daily Telegraph qəzeti ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb. Qəzet yazır ki, NATO üzvü olan ölkələr Ukraynanı alyansa qoşulmağa dəvət etmək istəmirlər, çünki ölkədə irimiqyaslı korrupsiya tüğyan edir.

“Biz bir addım geri çəkilməli və Ukraynanın son iki ildə islahatlar adı altında gördüyü hər şeyi qeyd etməliyik”, deyə adının açıqlanmasını istəməyən mənbə nəşrə bildirib.

Mənbənin sözlərinə görə, nə qədər ki, Kiyev bu islahatları həyata keçirməkdə davam edir, onlar tərifə layiqdirlər. Eyni zamanda mənbə əlavə edib ki, Ukrayna liderləri ilə xüsusilə korrupsiyaya qarşı mübarizədə atılmalı olan əlavə addımlar barədə danışmaq lazımdır.

“Bu, bir çoxumuz üçün prioritet mövzudur”, deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Kiyev Şimali Atlantika Alyansına sürətləndirilmiş şəkildə qoşulmaq üçün ərizə təqdim edib. Lakin alyansa üzv ölkələrin liderləri arasında Ukraynanın öz sıralarına qəbul edilməsinin zəruriliyi ilə bağlı birlik yoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar