Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveç modeli: Ukrayna NATO-ya qoşulmadan özünü Rusiyadan qoruya bilər...

Bu ilin iyulunda Vaşinqtonda keçiriləcək sammitində NATO-nun Ukraynaya rəsmi dəvət və ya üzvlük üçün konkret yol təklif etmək planı yoxdur...

Poliqon The Hill-ə istinadən xəbər verir ki, Ukrayna Rusiya ilə müharibədə olduğu müddətdə üzvlük məsələsi qaldırılmayacaq, çünki əks halda NATO da Rusiya ilə müharibə vəziyyətində qalacaq.

Nəşrin yazdığına görə, Ukraynanın müharibə bitən kimi alyansa qoşula biləcəyi də şübhəlidir, çünki NATO-nun kollektiv müdafiə zəmanətinin Rusiyanı yeni hücumdan çəkindirəcəyinə inam yoxdur.

"Ukraynanın üzvlüklə bağlı şübhələr təəccüblü olmamalıdır. NATO-nun çirkli sirri odur ki, Soyuq müharibə bitəndən bəri təşkilat Rusiya təcavüzündən qorunmağa ehtiyacı olan ölkələri qəbul etmir. 1999 və 2004-cü illərdə bütün keçmiş Varşava Paktı üzvlərini, Baltikyanı ölkələri və Sloveniyanı birləşdirən ilk iki genişlənmə dalğası NATORusiyanın əməkdaşlıq münasibətləri qurmağa fokuslandığı bir vaxta təsadüf etdi", deyə The Hill yazır.

Sonradan NATO-ya qəbul edilən Balkan ölkələri digər NATO üzvləri tərəfindən Rusiyadan ayrıldı. Onlar Rusiyanın öz daxili işlərinə müdaxiləsinə qarşı həssas ola bilər, lakin NATO-nun kollektiv müdafiə öhdəliklərinə səbəb olacaq silahlı hücuma qarşı deyil.

Nəşr yazır ki, sonuncu qəbul edilən Finlandiya və İsveç də istisna deyil:

"Bu iki Skandinaviya dövləti güclü orduya və NATO ilə uzun əməkdaşlıq tarixinə malikdir. Digər yeni üzvlərdən fərqli olaraq, onlar NATO-ya daxil olduqdan sonra faktiki olaraq gücləniblər. NATO onları qorumaq əvəzinə, çox güman ki, digər müttəfiqlərin müdafiəsində kömək üçün onlara müraciət edəcək".

The Hill yazır ki, Ukrayna hazırkı şəraitə uyğunlaşdırıla bilən İsveçin Soyuq müharibə modelindən istifadə edə bilər.

"Soyuq müharibə zamanı İsveç rəsmi olaraq neytral ölkə idi, güclü müdafiə sənayesi sektoru və bacarıqlı silahlı qüvvəsi var idi, lakin o zaman ABŞ və digər NATO müttəfiqləri ilə təhlükəsizlik və kəşfiyyat sahəsində də sıx əməkdaşlıq edirdi. Bu əməkdaşlıq məxfi saxlanılırdı, lakin SSRİ bu barədə şübhəsiz ki, bilirdi və bu bilik hərbi təcavüzə qarşı güclü bir maneə rolunu oynadı", deyə məqalədə qeyd edilir.

Ukraynanı "yenilənmiş İsveç"ə çevirmək üçün NATO Ukraynanın müdafiə sənayesi sektorunun yenidən qurulmasına və silahlı qüvvələrinin təliminə dəstəyi artırmalı, həmçinin təhlükəsizlik və kəşfiyyat sahəsində sıx əməkdaşlıq etməlidir. Eyni zamanda, ən azı növbəti onillikdə sabit dəstək axınına zəmanət vermək lazımdır.

Bundan əlavə, Ukraynaya yardım öz iqtisadiyyatının və siyasi sisteminin Avropa standartlarına uyğun islah edilməsində əməkdaşlığı əhatə etməlidir. The Hill qeyd edir ki, İsveç modeli qismən işləyə bilər, çünki İsveç səmərəli bazar iqtisadiyyatına malik güclü demokratiya idi.

Bununla da Ukrayna NATO-dan kənarda Rusiyaya qarşı etibarlı maneə yarada bilər. "Ancaq NATO üzvlüyü ilə bağlı illüziyalar saxladıqca və Ukraynanı buna nail olmağa sövq etdikcə, bu, baş verməyəcək", deyə nəşr hesab edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM

Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

Ən çox oxunanalar