Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreyanın ballistik raketi havada partlayıb, dağıntıları materikə səpələnib

Şimali Koreya bazar ertəsi iki ballistik raket atıb, onlardan birinin uçuşun ortasında partlayıb və dağıntıları materikə səpələnib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Cənubi Koreya ordusunun bəyanatına istinadən məlumat yayıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın qərb sahilinə yaxın ərazidən təxminən 600 km uçan qısa mənzilli ballistik raketi və təxminən 120 km uçan ikinci ballistik raketi atdığını bildirib.

Trayektoriyasına əsasən, ikinci raket Şimalın paytaxtı Pxenyana yaxın əraziyə düşmüş ola bilər, lakin hərbçilər əlavə şərh verə bilməyiblər. Cənubi Koreya hələ də buraxılışı təhlil edir və itkilərin və ya Şimali Koreyanın əmlakına ziyanın dəyib-dəymədiyini təsdiq edə bilmir.

Birləşmiş Qərargah Rəisləri Cənubi Koreyanın ABŞ və Yaponiya səlahiyyətliləri ilə raketlərlə bağlı məlumat paylaşdığını bildirən hərbi sözçüsü Lee Sunq-junq deyib: "Şimali Koreyanın raket buraxılışını Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid edən təxribat kimi şiddətlə qınayırıq"

Qeyd edilir ki, bazar ertəsi atılan ilk raket Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi KN-23 qısa mənzilli ballistik raketinə bənzəyib.

Cənubi Koreya rəsmiləri bildiriblər ki, Şimali Koreyanın qısa mənzilli ballistik raket buraxılışları potensial alıcılara məhsullarını nümayiş etdirmək məqsədi daşıya bilər.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya çoxlu döyüş başlığı olan raketlərin yaradılmasına yönəlmiş böyük sınağı uğurla başa vurduğunu bildirib. Eyni zamanda Cənubi Koreya ordusu sınağın uğurlu olmadığını açıqlayıb və qeyd edib ki, ABŞ ordusu ilə birgə təhlili raketin uçuşunun ilkin mərhələsində partladığını göstərir.

Şimali Koreya daha əvvəl Cənubi Koreya, Yaponiya və ABŞ-ın birgə hərbi təlimlərini tənqid edərək, üç ölkə arasında münasibətlərin NATO-nun Asiya versiyasına çevrildiyini bildirib və "aqressiv və əzici cavab" vəd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM

Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

Ən çox oxunanalar