Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

İyunun 29-da iki nəfər (kişi cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib...

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hər iki pasiyentə ilkin tibbi yardım göstərilib.

"Vəziyyətləri ağır qiymətləndirilən şəxslərin hər biri daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub", - məlumatda vurğulanıb.

***

Gəncə şəhərində mübahisə zəminində üzərlərinə yanan benzin qabının atılması nəticəsində ağır yanıq xəsarətləri alanlardan ikisi Bakıdakı xəstəxanalardan birinə göndərilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar 1993-cü il təvəllüdlü Eltəkin Zeynalov və 1997-ci il təvəllüdlü Muraz Namazovdur.

Qeyd edək ki, söyüş üstdə düşən mübahisə zamanı daha bir nəfər, 2004-cu il təvəllüdlü Niyaməddin Kazımov da yanıq xəsarətləri alıb. Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxanada müalicə alan şəxsin vəziyyəti isə kafi qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Pərviz Kazımovu saxlayaraq istintaqa təhvil veriiblər: "P.Kazımov içərisində benzin olan qabı yandıraraq M.Namazovun üzərinə atıb. Nəticədə məlum hadisə baş verib".

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar