Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boliviyada dövlət çevrilişi cəhdi - Üsyançı general həbs edilib...

Hökumət sarayını mühasirəyə alan hərbi birləşmələrə rəhbərlik edən general Xuan Xose Suniqa terrorizm və silahlı üsyanda ittiham olunub...

Hökumət sarayına yaxınlaşan hərbi birləşmələrə rəhbərlik edən boliviyalı general Xuan Xose Suniqa Baş Prokurorluğun göstərişi ilə polis tərəfindən saxlanılıb.

Poliqon xəbər verir ki, bu barədə Boliviya televiziyası həbs qərarına istinadən məlumat yayıb.

Sərəncamda qeyd olunur ki, Xuan Xose Suniqa və çevriliş cəhdinin digər iştirakçıları “terror aktları, habelə ictimai təhlükəsizliyə və dövlət suverenliyinə qarşı silahlı üsyan törətməkdə” şübhəli bilinirlər.

Boliviya televiziyası generalın polis əməkdaşlarının müşayiəti ilə Baş Qərargah binasını tərk etməsinin videosunu nümayiş etdirib. Daha sonra onu maşına mindiriblər.

General jurnalistlərə dövlət çevrilişi ilə bağlı öz versiyasını açıqlayıb. Suniqanın sözlərinə görə, o, iyunun 23-də prezident Luis Arce ilə danışıb və prezident ondan populyarlığını artırmaqda ona kömək istəyib.

Qeyd edək ki, iyunun 26-da günortadan sonra hərbi birləşmələr Boliviyanın paytaxtında hökumət sarayının ətrafını mühasirəyə alıb. Zirehli texnikanın köməyi ilə onlar qapıları sındıraraq binaya daxil olmağa çalışıblar. General Suniqa, “vətəni geri almaq, hazırkı kabineti buraxmaq və yenisini formalaşdırmaq” istədiyini bəyan edib. Bir gün əvvəl isə üsyançı general vəzibfəsindən azad edilib, lakin Suniqa vəzifəsini tərk etməkdən imtina edib.

Hərbçilər saray ərazisini tərk etdikdən sonra Boliviya prezidenti Luis Arse hökumət binasının eyvanından çıxış edib. O, general Suniqanın bölmələrinin hərəkətlərini çevriliş cəhdi adlandırıb və polisə “demokratiyaya sadiq qaldığına” görə təşəkkür edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Ən çox oxunanalar