Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Melikov: Dağıstanda 15-dən çox polis öldürülüb, 6 yaraqlı məhv edilib...

Dağıstanda 15-dən çox hüquq-mühafizə orqanı əməkdaşı və bir neçə mülki şəxs yaraqlıların hücumlarının qurbanı olub...

Poliqon xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov Telegram kanalında yayımlanan videoda bildirib. Onun sözlərinə görə, altı yaraqlı məhv edilib.

Qeyd edək ki, Milli Antiterror Komitəsi daha əvvəl beş yaraqlının zərərsizləşdirilməsi barədə məlumat vermişdi.

Həmçinin Melikov bildirib ki, Mahaçqala və Dərbənddə əməliyyat-döyüş fəaliyyətinin aktiv mərhələsi başa çatıb.

“Bu gün Dağıstan üçün faciə gününə çevrilib. Təkcə Dağıstan üçün deyil, bütün ölkəmiz üçün. Bu gün ikiüzlükülə misli görünməmiş terror aktları törədilib... Təbii ki, bu terror aktlarının təşkilinin arxasında kimin dayandığını anlayırıq. Biz təşkilatçıların hansı məqsədə çatmağa çalışdıqlarını başa düşürük”, deyə Melikov qeyd edib.

Dağıstan rəhbəri sinaqoqlara və pravoslav kilsəsinə basqın edən terrorçularla toqquşmaya ilk olaraq polisin getdiyinə diqqət çəkib. Melikov qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “həyatları bahasına” respublika sakinlərini və onun qonaqlarını qoruyublar.

“15-dən çox polis əl-ələ verib Dağıstanın əmin-amanlığını qorumaq üçün bugünkü terror aktının qurbanı oldu. Toqquşmalar zamanı daha bir neçə mülki şəxs də həlak olub... Onların arasında 40 ildən artıq Dərbənddəki pravoslav kilsəsində xidmət etmiş ruhani Nikolay ata da var. Əməliyyat-döyüş fəaliyyətinin aktiv mərhələsi başa çatsa da, əməliyyat-axtarış və istintaq tədbirləri “təbii ki, xaricdən də hazırlanmış bu yatan hücrələrin bütün iştirakçıları müəyyən olunana qədər davam edəcək”, deyə Melikov əlavə edib.


Xatərladaq ki, iyunun 23-də axşam Dərbənddə sinaqoq və kilsəyə, Mahaçqalada kilsəyə, sinaqoqa və yol polisi postuna, eləcə də Serqokalı kəndinin mərkəzində avtomobilə hücum olub. Ölənlər arasında Dağıstan İşıqları polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyev də var. Öldürülən yaraqlılardan üçü respublikanın Serqokalinski rayon rəhbərinin oğulları və qardaşı oğludur. Məmur saxlanılıb. Terror aktı ilə bağlı cinayət işi açılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Ən çox oxunanalar