Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - Yenilənib

 

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb...

“Report”un xəbərinə görə, müraciət mətnini deputat Tahir Rzayev oxuyub.

Sonda Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.

***

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.

“Report” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib.

Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub.

Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.

***

Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edir.

"Report"un xəbərinə görə, müraciətin mətnini deputat, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov (Babaoğlu) oxuyur.

***

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.

“Report” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova bildirib.

O qeyd edib ki, toplantının gündəliyindəki ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə olacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Ən çox oxunanalar