Cümə axşamı, 27 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakim partiya yeni parlament seçkilərinin keçirilməsini tələb edir

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət edəcəklər...

Bu barədə qərar iyunun 20-də YAP İdarə Heyətinin növbəti iclasında qəbul edilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Konstitusiyasının müvafiq maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir:

“Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Deputat Tahir Mirkişinin qardaşına “stop” qoyulub? – Vergi borcuna görə…

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb - Yenilənib    

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana gəlir

Ceyhun Bayramov İtaliya XİN başçısının müavini Edmondo Çirielli ilə görüşüb

Ən çox oxunanalar