Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırov vəhabilərin qohumlarını öldürməyə çağırıb

Dağıstanda baş verən terror aktlarından sonra Kadırov Çeçenistan təhlükəsizlik qüvvələrini “vəhhabilik”də şübhəli bilinən şəxslərin yaxınlarını öldürməyə çağırıb...

Poliqon Meduza nəşrinə istinadən xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov respublikanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşündə “vəhhabilik”də şübhəli bilinən çeçenlərin qohumlarını öldürməklə hədələyib.

İyunun 25-də baş tutan görüşdən video həmin gün Kadırovun Telegram kanalında yayımlanıb. Çeçenistan başçısının bəyanatları “Qafqaz. Reallıqları” nəşrinin diqqətini cəlb edib.

“Əgər şübhəli şeytanlarla əlaqədədirsə, onun bütün ailəsi cəzalandırılmalıdır. Bu ailə bilməlidir ki, bütün məsuliyyət onların üzərinə düşür. Kim öz qardaşına əl qaldırsa, başa düşməlidir ki, qan davası ilə hamını öldürəcəyik - ata, qardaş, əmi, hamını... Çeçen xalqına müraciət edirəm, - övladlarınızın nə olduğunu nəylə məşğul olduğunu bilin. Vəhhabiliyin əlamətlərini hamınız bilirsiniz, görsəniz dərhal yerli polisə məlumat verin. Səni də, oğlunu da, qardaşını da sonradan öldürməkdənsə, vahabilərin qarşısını vaxtında alsaq, daha yaxşı olar” deyə Kadırov toplantıda deyib.

Öz növbəsində, Çeçenistanın “Seqodnya” dövlət agentliyi bildirib ki, Kadırov hüquq-mühafizə orqanının əməkdaşını öldürməyə cəhd edən şəxsin qohumlarını “qanun çərçivəsində tam şəkildə” cəzalandırmaqla hədələyib.

Videodan sonra Çeçenistan rəhbərinin teleqramında dərc olunmuş yazıda bildirilir ki, görüşdə digər məsələlərlə yanaşı, “terror cinayətlərinin qarşısının alınması üzrə işin gücləndirilməsi məsələləri” müzakirə edilib, Kadırov isə Dağıstandakı terror aktları ilə bağlı çağırış edib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Ən çox oxunanalar