Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur turizm saytından Azərbaycana qarşı təxribat – Dövlət Turizm Agentliyi hara baxır...

Məşhur onlayn bronlaşdırma resursu “Booking.com”da Azərbaycana qarşı təxribat diqqəti çəkib...

Qaynarinfo-nun məlumatına görə, saytda yerləşdirilmiş Azərbaycanın xəritəsində səhvlərə yol verilib.

Belə ki, “Booking.com” saytında Tovuz şəhəri Ermənistanın ərazisi kimi qeyd olunub.

Nədənsə bu cür nöqsan və təxribatların aradan qaldırılmasına cavabdeh olan qurumlar, xüsusən də Dövlət Turizm Agentliyinin bundan xəbəri yoxdur və ya görməməzlikdən gəlir.

Qeyd edək ki, 2018-ci il 21 sentyabrda yaradılan Dövlət Turizm Agentliyi turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini həyata keçirən orqandır.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, “Booking.com” özü xəritə servisi deyil, amma bu məsələ araşdırılmalıdır:

“Booking.com”un xəritəsi olmamalıdır. Düşünürəm ki, hansısa bir şirkətin atdığı xəritədən istifadə edir. Yəni oradan servis alır”.

O, sözügedən şirkətin xəritələrində problem olduğunu hesab edir:

“Ümumiyyətlə, II Qarabağ müharibəsindən əvvəl və sonra hətta beynəlxalq təşkilatların, şirkətlərin də xəritələrində müəyyən çatışmazlıqlar var idi. Daha sonra azərbaycanlıların və Azərbaycan hökumətinin təkidi, eyni zamanda beynəlxalq hüquqa görə onlar Azərbaycanın suverən torpaqları ilə bağlı qeydlərini düzətdilər. Amma hər bir halda biz bilməliyik ki, məsələn, bəzi şəhər, rayon, kənd adlarını portallar özü tənzimləyir. “Google”, “Yandex” və onun kimi onlarla xəritə portalları var. Amma rayon, şəhərlərin işərisində parklar, digər yerləri isə insanlar özləri işarələyirlər. Hər hansı kəndin, şəhərin adı, ölkəyə aid olan atributlar var, hansı ki, beynəlxalq hüquqla tənzimlənir. Onların adlarının səhv olması təxribat da olar bilər, yaxud da yaddan çıxmış kimi də hesab edilə bilər. Amma nəticə etibarı ilə onlar düzəldilməlidir”.

Elvin Abbasov əlavə edib ki, bu gün dünyanın ən böyük “Google”, “Yandex” kimi şirkətlərində Azərbaycana aid hüquqlar təmin olunub:

“Amma ola bilər ki, həqiqətdən təxribata yol verən və ya erməni lobbisinə işləyən kiçik saytlar var. Bunlar bizim üçün çox onəmli deyil. Önəmli olan “Google”, “Yandex” və başqa böyük portallardır”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar