Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günvurma zamanı nə etməliyik?    

"Günvurma, istilik vurması və ya istilik çarpması olaraq da bilinən bədənin həddindən artıq istiliyə məruz qalması nəticəsində bədən temperaturunun yüksəlməsi ilə (40 dərəcə və daha yüksək ) meydana gələn ciddi tibbi bir vəziyyətdir"...

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim terapevti Günel Sadıqlı bildirib.

Onun sözlərinə görə, bu, bədənin istiliyi tənzimləmə qabiliyyətinin pozulması ilə xarakterizə olunur və təcili tibbi müdaxilə tələb edir:

"Bu zaman dəri isti və qızarmış ola bilər, tərləmə azalır və ya tamamilə dayanır. Güclü baş ağrısı və baş hərlənməsi, sürətli və dərin nəfəs alma həmçinin sürətli ürək döyüntü, əzələ ağrıları və qıcolmalar, əsəbilik, çaşqınlıq, bəzən huşun itirilməsi, qusma, ürəkbulanma kimi şikayətlər ola bilər. Əlamətləri hiss edən şəxs dərhal tədbir görməlidir. Belə ki, günəşin altında və isti mühitdən kölgəyə, sərin yerə keçmək, elektrolitləri təmin etmək üçün bol miqdarda su içmək lazımdır".

G.Sadıqlı qeyd edib ki, bu zaman bədən temperaturunu aşağı salmağa çalışmalıyıq:

"Buna bədəni sərin su ilə isladılmış bezlə silmək və ya buz kompresi tətbiq etmək, daha sonra soyuq su ilə duş almaq aiddir. Geyimi yüngülləşdirmək lazımdır: yüngül, nəfəs alan pambıq materialdan geyimlər məsləhətdir. Əlamətlər ciddi və ağırdırsa, dərhal həkimə müraciət edilməlidir".

Terapevt vurğulayıb ki, günvurma ciddi bir vəziyyət olduğu üçün əlamətləri hiss edən şəxs və ya ətrafındakı insanlar dərhal tədbir görməli, gecikmələr ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Poliqon.info

 


Etiket: Günvurma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Şuşada Prezident İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

Ən çox oxunanalar