Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron odla oynayır: Fransada xaos yarana bilər

Fransa prezidenti Emmanuel Makron Milli Assambleyanı buraxmaqla təhlükəli siyasət yürüdür ki, bu da ölkə daxilində xaosa səbəb ola bilər.

Poliqon xəbər verir ki, "Le Monde" hadisələrin belə inkişafını "dövlət başçısının özünü yandırması və ölkəni özü ilə apara biləcəyi odla oyun" adlandırır.

Qeyd edilir ki, Milli Birliyin inamlı qələbəsindən sonra parlamenti buraxmaqla Makron diqqəti yayındırmağa və rəhbərlik etdiyi partiyanın daxil olduğu koalisiya daxilində parçalanmalardan yayınmağa çalışıb.

"Makron alçaldıcı məğlubiyyət gecəsində özünü xilas etməyin yolunu axtarırdı. O, seçki kampaniyasına tam sadiq olmasına baxmayaraq, əlində olan bütün rıçaqlardan istifadə edərək, koalisiyasının siyahısının düşməsini dayandıra bilməyib", deyə "Le Monde" yazır.

Məqalə müəlliflərinin fikrincə, Makron idarəolunmaz parlamenti əldə edərək, ortamüddətli perspektivdə növbəti seçki uğursuzluğu riskini gözləyən "dəlicəsinə təhlükəli əməliyyata" başlayıb.

"Dövlət başçısı odla oynayaraq son nəticədə özünü yandıra və bütün ölkəni alova sürükləyə bilər", deyə materialda qeyd olunur.

Bundan əvvəl məlum olub ki, Fransanın baş naziri Qabriel Attal parlamenti buraxmaq və qanunverici orqana növbədənkənar seçkilər keçirmək əvəzinə Emmanuel Makrondan istefasını qəbul etməyi xahiş edib. Lakin Makron bunu qəbul etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Şuşada Prezident İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Ən çox oxunanalar