Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna NATO silahları ilə Rusiyadakı hədəfləri vuracaq... - Putinin təhdidləri nə olacaq?

Ukrayna Rusiya ərazilərində olan leqal hərbi hədəfləri NATO üzvlərindən aldığı silahlarla vurmaq imkanı əldə edib...

Hərbi-ekspert: “Ukraynaya Rusiya ərazilərində olan leqal hərbi hədəflərə NATO silahları ilə zərbə endirmək imkanının təqdim edilməsi kifayət qədər gecikmiş addımdır”.

“Məhdud miqyasda Rusiya ərazisindəki hədəflərin məhv edilməsi Ukrayna ilə müharibədə ciddi dəyişikliklərlə və müharibənin gedişatında sərt döngələrə gətirib çıxarmayacaq”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Ukraynaya NATO silahlarından istifadəyə icazə verilməsinin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Artıq Ukrayna Rusiya ərazilərində olan leqal hərbi hədəfləri NATO üzvlərindən aldığı silahlarla vurmaq imkanı əldə edib. Son məlumatlara görə isə Ukrayna ordusu öz mövqelərini möhkəmləndirməyə başlayıb.

Bəs, Qərb silahları ilə Rusiya ərazilərinin vurulması Putinin iddia etdiyi kimi böyük eskalasiyaya və nüvə müharibəsi təhlükəsinə yol aça bilərmi?

Ukrayna-Rusiya müharibəsinin indiki mərhələsini Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Bu zərbələr Rusiyanı daha da qıcıqlandıracaq”.

Rusiyanın bu durumda nüvə silahlarından istifadə etmək üçün əsaslarının olmayacağını bildirən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiya bir dövlət olaraq iflas təhlükısi qarşısında olduğu, ya da əraziləri işğaıa məruz qaldığı təqdirdə nüvə silahına əl ata bilər:

“Ukraynaya Rusiya ərazilərində olan leqal hərbi hədəflərə NATO silahları ilə zərbə endirmək imkanının təqdim edilməsi kifayət qədər gecikmiş addımdır. İlk növbədə Ukraynada belə uzaq məsafələrə zərbə endirmək üçün silah və sursatlarən sayı kifayət qədər məhduddur. Belə olan halda məhdud miqyasda Rusiya ərazisindəki hədəflərin məhv edilməsi Ukrayna ilə müharibədə ciddi dəyişikliklərlə və müharibənin gedişatında sərt döngələrə gətirib çıxarmayacaq.

Amma bu zərbələr Rusiyanı daha da qıcıqlandıracaq. Lakin əvvələr də belə bir zərbələr, əsasən PUA-lar vasitəsilə endirilib. Amma bu hələlik nüvə müharibəsinin başlanması barədə iddialar irəli sürmək üçün yetərli deyil. Çünki nüvə müharibəsi birtərəfli qaydada olmayacaq. Rusiya da bunu yaxşı anlayır.

Zərbə endirən tərəfin əks zərbələr alma ehtimalını da kifayət qədər yüksək olduğunu nəzərə alsaq, Rusiyanın hələlik belə bir addıma getmək niyyətində olmadığını deyə bilərik. Rusiya bir dövlət olaraq iflas təhlükəsi qarşısında olarsa, ya da əraziləri işğaıa məruz qaldığı təqdirdə nüvə silahına əl ata bilər. Rusiyanın nüvə doktrinasında da nüvə silahından istifadə etmək üçün bu əsaslar yer alıb. Hazırki durumda isə Rusiyanın nüvə silahından istifadə etmək üçün heç bir səbəbi yoxdur. Digər tərəfdən isə təcavüzkar ölkə də məhz Rusiyadır və Rusia raket atəşləri Ukraynanın demək olar ki, bütün şəhərlərini dağıdıb.

Əgər Rusiya müəyyən templərlə işğal fəaliyyətini davam etdirirsə, Ukrayna ərazilərini zəbt etməyə və uğurlarını inkişaf etdirməyə nail olursa, belə bir halda Ukraynanın da müdafiə olunmaq və Rusiyanın atdığı addımlara adekvat cavab vermək hüququ var”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar