Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST dünyada ilk insanın quş qripinə yoluxduğunu bildirib

Dünyada ilk insan quş qripi A(H5N2) ilə yoluxma halı Meksikada qeydə alınıb...

Poliqon xəbər verir ki, bubarədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki qərargahının mətbuat xidməti məlumat yayıb.

Yoluxmuş şəxs Meksika ştatından olan 59 yaşlı kişi olub. Həmin şəxs aprelin 24-də dünyasını dəyişib. Onun əvvəllər ev quşları və digər heyvanlarla əlaqəsi olmayıb.

“Aprelin 17-də xəstədə hərarət, təngnəfəslik, ishal, ürəkbulanma və ümumi halsızlıq yaranıb. Aprelin 24-də xəstə həkimə müraciət edib, “İsmael Kosio Villeqas” Milli Tənəffüs Xəstəlikləri İnstitutuna yerləşdirilib və vəziyyətinin ağırlaşması səbəbindən həmin gün dünyasını dəyişib”, deyə məlumatda deyilir.

ÜST virusun insanlar arasında daha da yayılma riskini aşağı səviyyədə qiymətləndirir. Həmçinin bildirilib ki, mart ayında xəstənin yaşadığı Meksika ştatı ilə həmsərhəd olan Miçoakan ştatında quşçuluq fermasında quş qripi A(H5N2) epidemiyası aşkar edilib.

ABŞ-da H5N1 quş qripi süd verən inəklər arasında yayılmağa davam etdiyinə görə, ölkədə insanlarda mümkün istifadə üçün 5 milyon dozaya yaxın qrip peyvəndi hazırlanır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar