Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Polşa XİN-in dövlət katibi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) Marek Pravda ilə görüşüb...

XİN-dən verilən xəbərə görə, görüşdə AzərbaycanPolşa arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki ölkə arasında tərəfdaşlıq münasibətlərin, xüsusilə iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, təhsil, humanitar sahələr üzrə əməkdaşlığın inkişafında bu kimi səfərlərin, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin vacib rolu olduğunu vurğulayıb.

İki ölkə arasında ticarət dövriyyəsinin bu sahədə mövcud potensiala mütənasib olaraq artırılmasının, habelə iqtisadi-ticari sahədə perspektivlərin müzakirəsi baxımından Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd edilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz çərçivəsində görülən işlər və gələcək planlar barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində Polşa tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanlar olduğunu diqqətə çatdırıb.

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə sahəsində görülən işlər, AzərbaycanErmənistan arasında normalaşma prosesindən bəhs edərək, bölgədə sülh quruculuğu üçün münbit şəraitin mövcud olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha sonra, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin və Polşa nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Polşa strateji tərəfdaşlığına dair məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar