Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bürclər insan həyatına necə təsir edir? – Alimdən şok açıqlama

Rəsmi elm uzun müddət astrologiyanı şarlatanlıq hesab etsə də, bunu təsdiqləmək üçün çox az real elmi araşdırma aparılıb...

Yəqin ki, əksər alimlər üçün bu mövzu qeyri-ciddi və diqqətə layiq görünmür.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Kemyona Universitetinin (Cənubi Koreya) alimi Mohsen Coşanlu öz tədqiqatını aparmaq qərarına gəlib və astrologiyanın tamamilə əsassız olduğuna dair yeni dəlillər tapıb.

Nəticələrin daha inandırıcı görünməsi üçün tədqiqatçı 12.791 iştirakçıdan çox əhəmiyyətli nümunə götürüb və bürclərin həyatlarına təsirinin nə qədər böyük olduğunu sınayıb.

Coşanlu iştirakçıları ümumi xoşbəxtlik/bədbəxtlik hissi, depressiya əlamətlərinin olması, psixi gərginliyin səviyyəsi, işdən və maliyyə vəziyyətindən məmnunluq səviyyəsi, həyatda “sönüklük” hissi, sağlamlıq, şəxsi həyatdan məmnunluq, özünü qiymətləndirmə kimi göstəricilər üzrə sınaqdan keçirib. Alim yaşa, cinsə və təhsilə uyğunlaşdırılmış bürcdən asılı olaraq nümunələri müəyyən etməyə çalışıb.

Nəticədə, tədqiqatçı sadalanan 8 göstəricidən 7-də bürc əlamətlərinin insanın özünü hiss etməsinə statistik əhəmiyyətli təsirini tapa bilməyib. Yalnız insanların maddi vəziyyətindən məmnunluq səviyyəsində statistik cəhətdən əhəmiyyətli, lakin hələ də əhəmiyyətsiz bir təsir göstərib.

Alimin fikrincə, onun araşdırması inandırıcı şəkildə sübut edir ki, astrologiya insan rifahını proqnozlaşdıra bilməz. O hesab edir ki, bürclərə əsasən insanın taleyini proqnozlaşdırmaq zər və ya sikkə atmaqla bunu etməklə eynidir.

Poliqon.info


Etiket: Bürclər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar