Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şagird dərs vaxtı xəsarət alıb? - Ailəsi məktəbdən şikayətçidir

Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Şakir Cəfərzadə dərs zamanı kəllə-beyin travması alıb...

Bu barədə Qaynarinfo-ya Şakir Cəfərzadənin nənəsi Zöhrə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, həmin vaxt müəllim sinifdə olmayıb. Şakir Cəfərzadənin sinif yoldaşı butulka ilə onun başına zərbə endirib.

"Hadisə mayın 27-si baş verib. Sistem dərsi olub. Müəllim sinifdə olmayıb. Şakirin sinif yoldaşı onun başına içi su dolu butulka ilə iki dəfə zərbə endirib. Biz bunu bir neçə gün sonra bilmişik. Şakir evə gələndə gözləri qızarmışdı. Yemək yemədi, dedi iştaham yoxdur. Uzandı yatdı və o gündən yataq xəstəsi olub. Elə bildik soyuqdəymədir. Amma sonradan məlum oldu ki, başına zərbə dəyib və travma alıb. İndi burnundan qan gəlir, yemək yeyə bilmir, nə yeyir qaytarır. Tez-tez təzyiqi qalxır", deyə Zöhrə Dadaşova bildirib.

Şakir Cəfərzadənin nənəsi və anası baş vermiş hadisəyə görə məktəb rəhbərliyini ittiham edirlər.

"Müəllim dərsdə olmayıb. Bundan başqa, uşaq dərsə getmir. Maraqlanan yoxdur ki, bu uşaq haradadır. Bəlkə elə mən dərsə göndərirəm, o getmir. Bir soruşsunlar da, sizin uşağa nə olub, niyə dərsə gəlmir?" - Şakir Cəfərzadənin nənəsi bildirib.

Şagirdin anası isə qeyd edib ki, onun övladını müalicə etdirməyə imkanı yoxdur:

"Özüm onkoloji xəstəyəm. Yoldaşımdan ayrılmışam. Xəstə ola-ola işləmək məcburiyyətindəyəm. Amma aldığım maaş heç dolanışığımıza yetmir. Ona görə də bu hadisəni törədən, bu hadisədə günahkar olanlar balamı zəhmət çəkib balamı sağaltsınlar".

Məsələ ilə əlaqədar 262 saylı orta məktəblə əlaqə saxlanılıb. Oradan isə rəhbərliyin iclasda olduğu bildirilib. Sonrakı zənglərə isə cavab verilməyib.

Poliqon.info


Etiket: məktəb şagird ETN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

Ən çox oxunanalar