Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi-şərhçi: Azərbaycan heç zaman Avropadan qopmaz...

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Azərbaycana qarşı qərəzli, əsassız bəyanatla çıxış edib...

Cavanşir Abbaslı: “Hər zaman Avropa İttifaqı başda olmaqla mötəbər qurumlar insan haqları, demokratiya, siyasi məhbus kimi məsələlərdən Azərbaycana qarşı qərəzli şəkildə istifadə etməyə çalışırlar. Bunu bir növ əllərində əsas alətə çeviriblər”.

Azərbaycan Avropanın bir parçasıdır, Aİ kimi qurumlar Cənubi Qafqazın lider ölkəsi ilə münasibətləri ən kəskin formada pisləşdirməzlər”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibinin Azərbaycana qarşı qərəzli bəyanata çıxış etməsini Poliqon-a şərh edərkən qeyd edib.

29 mayda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano Azərbaycana qarşı qərəzli, əsassız bəyanatla çıxış edib. Peter Stano iddia edir ki, Azərbaycanda haqqsız yerə həbs edilənlər var və saxlanılan şəxslərin tibbi və digər yardımdan məhrum edilib. Xarici İşlər Nazirliyi sasləndirilən qərəzli məlumata cavab verib.

Siyasi səviyyədə Azərbaycan-Aİ münasibətlərini necə dəyərləndirmək olar və münasibətlərin indiki səviyyəsi gələcək üçün optimist olmağa əsas verirmi?

Azərbaycan-Aİ münasibətlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “İndiki münasibətlərdə müsbət elementlər görünməyə bilməz. Sadəcə həm də erməni lobbisinin təsiri altında beynəlxalq qurumlardan belə bəyanatlar gəlir”.

Bu cür ucuz oyunlarla ölkələrə təzyiq edildiyini düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, onların insan hüquqları, demokratiya, siyasi məhbus və.s kimi məsələlər heç veclərinə deyil:

“Belə bəyanatlara təəccüblənmək lazım deyil. İndiyə qədər belə bəyanatların az şahidi olmamışıq. Avropa İttifaqı sonuncu əfv sərəncamı ilə bağlı əlinə fürsət düşdüyünü zənn edib nə ifrini varsa, töküb. Doğrudur, qaneedici sərəncam kimi görünməyə bilər. Könül istərdi ki, bəzi siyasi motivli məhbuslar, eləcə də, ömürlüklər var idi ki, onların adları orada olsun. Amma unutmayaq ki, 150-dən çox məhbus ailəsi sevinib, necə bunu müsbət element kimi dəyərləndirməmək olar? Demək qərəzli olduqlarını göstərərək, özlərini ifşa ediblər.

Hər zaman Avropa İttifaqı başda olmaqla mötəbər qurumlar insan haqları, demokratiya, siyasi məhbus kimi məsələlərdən Azərbaycana qarşı qərəzli şəkildə istifadə etməyə çalışırlar. Bunu bir növ əllərində əsas alətə çeviriblər. Təbii ki, buna pas vermək də lazım deyil. Amma əmin olun ki, bu kimi məsələlər olmasa belə nəsə başqa bir şey fikirləşəcəklər.

Cavanşir Abbaslı: “Belə bəyanatlar münasibətləri ən kritik həddə çatdırmaz”.

Çalışırlar ki, Azərbaycanı Cənubi Qafqazın digər iki ölkəsinin gününə salsınlar. Amma əmin olaq ki, buna heç bir halda nail ola bilməyəcəklər. Necə ki, Gürcüstanda təşkil etdikləri son proseslərdə istədiklərini əldə edə bilmədilər. Bu sıraya Ermənistanı da əlavə etmək olar. Sadəcə dediyim kimi, bu cür ucuz oyunlarla ölkələrə təzyiq edirlər, nəsə qoparmağa çalışırlar. Onların insan hüquqları, demokratiya, siyasi məhbus və.s kimi məsələlər heç veclərinə deyil”.

Siyasi şərhçi Azərbaycan-Aİ münasibətlərinin daim kövrək olduğunu da qeyd etdi:

“Bu münasibətlər heç zaman tam olaraq nə yaxşı, nə də pis olacaq. Çünki, hər iki tərəfə bu sərf etmir. Azərbaycan Avropanın bir parçasıdır, Aİ kimi qurumlar Cənubi Qafqazın lider ölkəsi ilə münasibətləri ən kəskin formada pisləşdirməzlər. Eləcə də, Azərbaycan heç zaman Avropadan qopmaz. Müstəqil dövlət olaraq, balanslı siyasətə daim üstünlük verməyimiz dediklərimizin əyani sübutudur. Belə bəyanatlar münasibətləri ən kritik həddə çatdırmaz. İndiki münasibətlərdə müsbət elementlər görünməyə bilməz. Sadəcə həm də erməni lobbisinin təsiri altında beynəlxalq qurumlardan belə bəyanatlar gəlib. O da narahat olmağa dəyməz. İndiyə qədər nə ediblər ki, bundan sonra da nə etsinlər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

MİDA Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

AVRO-2024: Niderland - İngiltərə matçı öncəsi dava düşüb

Ərəstun Oruclu: Orban bunu Putinin tapşırığı ilə edirdi...

Ən çox oxunanalar