Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinkenlə Ağ Ev arasında münaqişə yaranıb

ABŞ dövlət katibi Entoni Blinken Rusiya ilə qarşıdurmanın şiddətlənməsindən qorxan Ağ Ev müşavirləri ilə mübahisəyə girib...

Poliqon xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Avstraliya Strateji Siyasət İnstitutunun analitiki Malkolm Devis deyib.

"ABŞ prezidenti Co Baydenin administrasiyasında münaqişənin genişlənməsi perspektivindən narahat olan bir qrup var. Dövlət katibi Entoni Blinken bu qorxulara qarşı çıxış etməyə çalışır. Bununla belə, Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan prezident Bayden qədər təmkinlidir", deyə analitik bildirib.

Devisin fikrincə, məhz Vaşinqtondakı daxili münaqişə Kiyevə Rusiya ərazisini Amerika silahları ilə vurmaq üçün icazə almağa imkan vermir.

Ötən həftə "New York Times" qəzeti ABŞ Dövlət Departamentinin Ukraynaya Amerika silahlarından istifadə edərək Rusiyadakı hədəflərə hücum etməyə icazə verməyi təklif etdiyini yazmışdı. Məqalədə bildirilir ki, ABŞ prezidenti Co Bayden və onun müşavirlərinin bu məsələ ilə bağlı mövqeyi hələ də məlum deyil.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol Blinkeni Kiyevə Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirmək qadağasını ləğv etməyə çağıraraq, ona ərazisi olan Rusiya ərazisinin xəritəsini göstərib. ABŞ-ın təchiz etdiyi ATACMS raketləri ilə əhatə oluna biləcəyi barədə müvafiq video C-SPAN telekanalının saytında dərc edilib. 

Həmçinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turnerin başçılıq etdiyi bir qrup amerikalı konqresmen ABŞ-ın müdafiə naziri Lloyd Ostini Ukraynaya Vaşinqton tərəfindən ötürülən silahlardan "müəyyən şəraitdə Rusiya ərazisindəki strateji hədəflərə zərbələr endirmək" üçün istifadə etməyə icazə verməyə çağırıb.

Poliqon.info

 

 


Etiket: Blinken Ağ ev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ən çox oxunanalar