Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib...

"Report"un məlumatına görə, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlət başçısı Prezident Volodimir Zelenski ilə bir neçə gün əvvəl telefon danışığını xatırladaraq, bu müstəvidə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulduğunu diqqətə çatdırdı.

Söhbət zamanı ölkələrin müstəqilliklərinin bərpasından bəri Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığı və ölkələrimiz arasında ikitərəfli əsasda yaxşı əlaqələrin olduğu qeyd edildi, həmçinin dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulandı.

Səfir Ukraynaya göstərilən humanitar dəstəyə, xüsusilə Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirdi.

Yuri Qusev ötən gün Azərbaycanın Laçın şəhərinə səfər etdiyini və burada görülən bərpa-quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, İrpen və Laçın şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması məsələsini qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidentİlham Əliyev mayın 25-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay