Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir ölkə husiləri terrorçu elan edib

Avstraliya hökuməti Yəməndən olan Ənsar Allah (Husi) hərəkatını terror təşkilatları siyahısına salıb...

Poliqon xəbər verir ki, bu barədə Avstraliya Milli Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 2024-cü il mayın 24-dən etibarən Ənsar Allah hərəkatı sanksiyalara, o cümlədən təşkilata və onun rəhbərlərinə məxsus aktivlərin dondurulması, eləcə də Avstraliyaya giriş qadağasına məruz qalıb.

Ölkənin baş prokuroru Mark Dreyfusun sözlərinə görə, Ənsar Allahın terror təşkilatları siyahısına daxil edilməsinə səbəb Ədən körfəzi və ətraf regionda şiddətli hücumlar, insanların girov götürülməsi və Ərəbistan yarımadası ətrafındakı sularda naviqasiya qaydalarının ciddi şəkildə pozulmasıdır.

Mövcud Avstraliya qanunları terror təşkilatına yardım etməyi cinayət hesab edir. Belə bir təşkilatda iştirak, onun üzvləri ilə ünsiyyət və ya yardım göstərmə 25 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Husilər Qəzza zolağında münaqişənin şiddətlənməsinə cavab olaraq, əməliyyatın sonuna qədər İsrail ərazisinə hücum etmək və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçidini əngəlləmək niyyətlərini açıqlayıblar.

ABŞ məlumatlarına görə, keçən il noyabrın ortalarından bəri Yəmən husiləri onlarla mülki gəmiyə hücum edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ən çox oxunanalar