Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bilsəydim, "Babək"in geyimlərini oğurlayardım"

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev 1979-cu ildə rol aldığı "Babək" filmindəki geyimləri özündə xatirə kimi saxlamaq istəyib...

Poliqon axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəbərin olsun" verilişində danışıb. Lakin aktyor istəyinə nail ola bilməyib:

"İstədim onu götürüb saxlayım, onsuz da sonradan muzeyə verəcəkdim. Razı olmadılar, dedilər ki, yox, bu nömrələnib, kostyumerdə olmalıdır. Bilsəydim ki, belə olacaq, onu oğurlayardım. Elə şeyi götürmək, oğurluq demək deyil. Çünki illər sonra tədbirlərin birində "Babək" obrazında səhnəyə çıxmalı idim. O geyimi tapa bilmədik".

Xalq artisti kinostudiyanın geyim sexindəki saxlanılan bəzi paltarların pis vəziyyətdə olduğunu bildirib:

"Yadımdadır, oraya naftalin qoyurdular ki, yun parçadan olan geyimləri güvə yeməsin. Sən demə naftalin olmayıb, güvə geyimləri yeyib. Əsrin əvvəlinə aid o qədər geyimlər var idi... İndi onlar yoxdur, dağıldı getdi. "Nəsimi" filmi üçün 10 ədəd Suriya xalçası alınmışdı. Onların biri də qalmayıb. Əvəzinə başqasını qoyub, onu götürüblər. Bax belə barbarlıq olub".

Poliqon.info


Etiket: Rasim Balayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar