Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ narahatdır: Robert Fiko Orbana çevirilə bilər...

Avropa rəsmiləri sui-qəsd cəhdindən sonra Ukraynaya silah verilməsinə və onun NATO-ya üzvlüyünə qarşı çıxan Slovakiyanın baş naziri Robert Fikonun Macarıstanın baş naziri Viktor Obran kimi Alyansda daha dağıdıcı qüvvəyə çevriləcəyindən ehtiyat edirlər...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazıb.

Qəzet yazır ki, bəzi Avropa rəsmiləri Fikonun Finlandiya və İsveçin Alyansa girişini gecikdirən Viktor Orban kimi NATO daxilində daha pozucu qüvvəyə çevrilə biləcəyindən qorxurlar.

"Financial Times" xatırladır ki, sui-qəsd cəhdindən əvvəl Fiko Macarıstan lideri ilə birlikdə Niderlandın hazırkı baş naziri Mark Ruttenin NATO-nun növbəti baş katibi postuna namizədliyinə qarşı çıxıb.

Bununla belə, adı açıqlanmayan yüksək rütbəli Aİ rəsmisinin sözlərinə görə, Fiko indiyədək "müharibəçi" ictimai çıxışlarından daha çox özəl şəraitdə güzəştə gedib. Onun fikrincə, Slovakiyanın baş naziri "mütləq Orbanın liqasında deyil".

"Financial Times" yazır ki, Fikoya qarşı sui-qəsd cəhdi slovakiyalıları heyrətə salıb. İndi onları baş nazir sağaldıqdan sinra onun hansı liderə çevriləcəyi ilə maraqlanır: Fiko səhifəni çevirib yoluna davam edəcək, yoxsa qisas almaq və hakimiyyətini möhkəmləndirmək istəyəcək?

Ukraynaya silah tədarükünə və onun NATO-ya üzvlüyünə qarşı dəfələrlə çıxış edən Fikoya qarşı sui-qəsd mayın 15-də Slovakiyanın paytaxtı Bratislavadan 190 kilometr aralıda yerləşən Gandlova şəhərində hökumətin iclasından sonra baş verib. Baş nazir vertolyotla Banska Bystrica xəstəxanasına aparılıb. Daxili İşlər Nazirliyi Fikonun vəziyyətinin ağır olduğunu bildirib. Sui-qəsd zamanı hücum edən şəxs baş nazirə 5 atəş açıb: polis atəş açan şəxsi yerindəcə saxlayıb. Baş nazirin müavini deyib ki, Fikoya dörd güllə dəyib, onlardan biri siyasətçinin mədəsini deşib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edən şəxs siyasi motivlərlə çıxış edib. Slovakiya mətbuatı sui-qəsdin 71 yaşlı yazıçı Juraj Cintula tərəfindən həyata keçirildiyini bildirib. DİN Slovakiyanın baş nazirini güllələyən şəxsin hökumət əleyhinə nümayişlərdə iştirak etdiyini, lakin radikal qruplarla əlaqəsi olmadığını qeyd edib. Nazirliyin məlumatına görə, həmin şəxs Ukraynaya silah tədarükünün dayandırılmasına qarşı çıxmaq da daxil olmaqla, ölkənin Nazirlər Kabinetinin hərəkətləri ilə razılaşmayıb. Onu 25 il ömürlük həbs cəzası gözləyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar