Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borqun Bakı səfəri... - Qərb artıq səmimi olaraq regionda sülh yaranmasını istəyir?

Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borq  Azərbaycanda səfərdədir...

Politoloq: “ATƏT sədrinin verdiyi bəyanat artıq problemin olmadığı və onların da belə bir missiyasının qalmadığının göstəricisidir”.

“Problem Azərbaycan tərəfindən öz təşəbbüsü ilə hərbi yolla həll edildikdən sonra ATƏT və onlar kimi fəaliyyət göstərən bütün təşkilatlar artıq getdikcə Ermənistanın xaosa sürətlənməsinin, nəticədə isə bir dövlət kimi yox olmasının qarşısını almaq üçün sülhdə maraqlı görünürlər”.

Bu sözləri politoloq Azər Qasımov ATƏT nümayəndəsinin Bakı səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borq bu gün də Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xatırladaq ki, Ermənistanda mətbuat konfransında Yan Borq bildirib ki, ATƏT artıq Qarabağ münaqişəsi ilə məşğul olmur və onun münaqişə ilə bağlı hər hansı bir rəy bildirməsi ikitərəfli danışıqlara ancaq ziyan vura bilər.

Bəs, heç də həmişə obyektiv və ədalətli ola bilməyən ATƏT-in indi belə bir mövqe sərgiləməsi nədən xəbər verir və hesab etmək olarmı ki, Qərb artıq səmimi olaraq regionda sülh yaranmasını istəyir?

Qərbin Cənubi Qafqaz planını Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Görünən odur ki, ATƏT sədri konstruktiv mövqe nümayiş etdirmək məcburiyyətində qaldıqlarını etiraf edir və fikir bildirməyi ikitərəfli danışıqlara ziyan vura biləcəyi gerçəyini qəbul edir”.

Tək Qərb yox, bu məsələni geosiyasi mübarizə meydanı kimi görən bütün güclərin sülhdə maraqlı olmadıqlarını vurğulayan politoloq bildirib ki, reallıq Azərbaycan-Ermənistan məsələsinin bağlanmasını tələb edir:

ATƏT sədrinin verdiyi bəyanat artıq problemin olmadığı və onların da belə bir missiyasının qalmadığının göstəricisidir. Bu, tək ATƏT deyil, bütün beynəlxalq ictimaiyyətin fikridir. Qarabağ məsələsi deyilən qondarma məsələ artıq həll edilib və yoxdur!
Görünən odur ki, ATƏT sədri konstruktiv mövqe nümayiş etdirmək məcburiyyətində qaldıqlarını etiraf edir və fikir bildirməyi ikitərəfli danışıqlara ziyan vura biləcəyi gerçəyini qəbul edir.

Problem Azərbaycan tərəfindən öz təşəbbüsü ilə hərbi yolla həll edildikdən sonra ATƏT və onlar kimi fəaliyyət göstərən bütün təşkilatlar artıq getdikcə Ermənistanın xaosa sürətlənməsinin, nəticədə isə bir dövlət kimi yox olmasının qarşısını almaq üçün sülhdə maraqlı görünürlər. Bu, məsburiyyətdən doğan haldır və real gündəmə əsaslanır. Tək Qərb yox, bu məsələni geosiyasi mübarizə meydanı kimi görən bütün güclər sülhdə maraqlı deyillər. Amma reallıq Azərbaycan-Ermənistan məsələsinin bağlanmasını tələb edir.

Bu, əslində Azərbaycanın gələcəkdə Ermənistanla bağlı Qərbin sonrakı planlarında Azərbaycanın əl-qolunu bağlamaq üçün edilir. Bu sülh Ermənistan əgər Qərbə inteqrasiya edəcəksə və bu zaman Ermənistanı daha da zəiflədəcək hansısa hal olacaqsa, Azərbaycanın bundan istifadə edərək öz planlarını həyata keçirilməsinin qarşısını almaq üçündür. Təbii ki, Azərbaycan öz tarixi torpaqlarından imtina etməməlidir. Müvafiq durumda bundan mütləq istifadə etməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ən çox oxunanalar