Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkə ərazisində yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - Açıqlama

Son günlər yağan yağışlar bir çox çaylarda sululuğun artmasına, bəzi bölgələrdən sel keçməsinə səbəb olub... 

Hava şəraitinin kəskin dəyişməsi və hansı çaylardan sel keçməsi ilə bağlı Milli Hidrometeorologiya Xidmətinə sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova cavablandırıb. 

G.Məmmədova bildirib ki, bir neçə gündür ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunmasının səbəbi şimaldan hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.

“Bölgələrimizdə şimşək çaxıb, arabir yağış yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli  və intensiv olub. Şahdağda isə qar yağıb.

Yağan intensiv yağış nəticəsində respublikanın çaylarında sululuq artıb. Belə ki, Girdimançay (İsmayıllı), Kürmükçay (Qax), Dəmiraparançay( Qəbələ), Balakənçay (Balakən) çaylarından qısamüddətli sel keçib”, - deyə G.Məmmədova bildirib.

O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 17-si axşamadək fasilələrlə davam edəcək.

Sorğumuzu həm də Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladıq.

Nazirliyin Mətbuat Xidmətindən cavab olaraq bildirilib ki, ötən gün axşam baş verən sel hadisəsi ilə bağlı FHN-ə hər hansı müraciət daxil olmayıb.

Poliqon.info


Etiket: Hava


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay