Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa hərbi xidmətdən yayınan ukraynalılara kömək etməyəcək

Polşa hakimiyyəti ölkədə hərbi xidmətdən yayınan Ukrayna vətəndaşlarına kömək etməyəcək. Varşavaya görə, onlar Ukrayna Silahlı Qüvvələrinə çağırılmaqdan orada gizlənə bilər...

Poliqon xəbər verir ki, bunu "TVP World" telekanalına müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"Biz, əlbəttə ki, hərbi xidmətdən yayınanlara kömək etmək fikrində deyilik" deyən polşalı diplomat eyni zamanda vurğulayıb ki, Varşava Polşadakı hərbi yaşda olan Ukrayna vətəndaşları ilə bağlı Kiyevin niyyətindən hələ də xəbərsizdir.

Polşa Əcnəbilər İdarəsinin aprelin əvvəlinə verdiyi məlumata görə, bu ölkədə 140 min hərbi yaşda olan ukraynalı kişi qaçqın statusuna malikdir.

Bundan əvvəl respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış demişdi ki, Polşa hakimiyyəti hərbi yaşda olan ukraynalıların ölkəyə qaytarılmasında Kiyevə yardım etməyə hazırdır. Bununla belə, o, aydınlaşdırıb ki, Varşava bunu yalnız Avropa İttifaqı səviyyəsində müvafiq qərar qəbul ediləcəyi təqdirdə edə biləcək.

Aprelin 22-də Ukrayna hakimiyyətinin xaricdə olan hərbi yaşda olan kişilərə konsulluq xidmətlərinin göstərilməsinin dayandırılması barədə qərarı məlum olub. Ertəsi gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, bu qərarı hərbi xidmətə cəlb olunan kişilərin səfərbərlikdən orada gizlənməsi diktə edib. Daha sonra Ukrayna Nazirlər Kabineti 18 yaşından 60 yaşa qədər kişilərə ölkənin xarici diplomatik qurumlarında xarici pasportların və daxili pasportların verilməyəcəyi barədə qərar qəbul edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Ən çox oxunanalar