Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dmitri Kuleba: İsveçrədəki konfransdan sonra Rusiya ilə ünsiyyət mümkündür...

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iyunda İsveçrədə keçiriləcək konfransın məqsədini ümumi prinsip və yanaşmalara malik ölkələrin koalisiyasının yaradılması adlandırıb...

Poliqon xəbər verir ki, nazir bu barədə "Foreign Policy" nəşrinə müsahibəsində danışıb. Dmitri Kuleba "Rusiyanın iştirakı olmadan İsveçrədə sülh konfransı keçirməyin nə mənası var" sualına cavab verib.

O bildirib ki, konfransdan sonra Rusiya ilə ünsiyyət mümkündür.

"Bundan sonra Rusiya ilə ünsiyyət ola və Moskva da danışıqların bir hissəsi ola bilər. Nəticədə hər iki tərəf olmadan müharibəni bitirmək olmaz", deyə Dmitri Kuleba bildirib.

Dmitri Kuleba müsahibəsində həmçinin bildirib ki, ABŞ-ın bu yaxınlarda təsdiqlənmiş 61 milyard dollarlıq yardımı çərçivəsində silah və sursat Ukraynaya hələ də daxil olmayıb. O etiraf edib ki, Rusiya qoşunlarının yerdəki hücumu da daxil olmaqla, hərbi yardım gəlməzdən əvvəl "pis şeylər" baş verə bilər.

İsveçrədə sammit 15-16 iyun tarixlərində baş tutacaq. "Bloomberg"in məlumatına görə, 80-100 ölkə dəvət alıb. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, İsveçrədəki konfrans nəticəsində münaqişənin sülh yolu ilə həlli planını özündə əks etdirən sənəd hazırlanacaq. Ukrayna prezidentinin sözlərinə görə, güclü ölkələr Rusiyaya siyasi təzyiq göstərməlidirlər ki, Moskva müəyyən edilmiş şərtlərlə razılaşsın.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar