Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub

Ukrayna Ali Radasının nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub...

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev feysbuk səhifəsində paylaşımında bildirib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak etdim.

Bundan əlavə, nümayəndə heyətinin rəhbəri, Ukrayna Parlamentinin Vitse-spikeri Olena Kondratyuk, onun müşaviri və Ukraynanın Azərbaycandakı keçmiş Səfiri Oleksandr Mişenko ilə birlikdə Azərbaycan Milli Məclisinin Sədr müavini Adil Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ilə danışıqlar apardıq", - səfir qeyd edib.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları iyun ayında İsveçrədə keçiriləcək Qlobal Sülh Sammiti, 11-12 iyun 2024-cü ildə Berlində keçiriləcək Ukraynanın bərpası üzrə üçüncü konfrans, Ukrayna müharibəsinin nəticələrini aradan qaldırmaq üçün humanitar yardımın cəlb edilməsi olub.

 

Fotolar


 
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Ən çox oxunanalar