Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır – Təfərrüat

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub...

Yeniavaz.com xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tenderin qalibi “Lukoyl”un Lənkaran şəhərindəki Yanacaq Doldurma Məntəqəsinin (YDM) müdiri fiziki-şəxs Əhmədov Ceyhun Əlirza oğlu (VÖEN – 2600109902) olub.

Ceyhun Əhmədov Gömrük İdarəsinə 1 200 manat dəyərində dizel yanacağı satacaq.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, dövlət satınalmaları portalında satınalmanın təkliflər sorğusu metodu əsasında və portaldan kənar keçirildiyi qeyd olunub.

Məlumat üçün bildirək ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 44-cü maddəsində satınalmaların təkliflər sorğusu metodu ilə keçirilməsi barədə heç bir müddəa yoxdur.

Satınalmaların təkliflər sorğusu metodu ilə keçirilə biləcəyi hazırda qüvvədə olmayan köhnə qanunun 16-cı maddəsində nəzərdə tutulub.

Yeni Qanunun 15.1.-ci maddəsində isə göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Bu səbəbdən dizel yanacağının satın alınması məxfi məlumat hesab olunması başa düşülən deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar