Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-York polisi Kolumbiya Universitetinin ələ keçirilən yataqxanasına basqın edib

Nyu-York polisi Kolumbiya Universitetinə basqın edib və Fələstin tərəfdarı nümayişçiləri saxlayıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Xəbərdə qeyd edilir ki, dəqiq neçə nəfərin saxlanıldığı məlum deyil. Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, onların sayı ondan çoxdur. “Hamilton Hall” şəhərciyi üç saat ərzində etirazçılardan təmizlənib.

Reuters-in yazır ki, etirazçılar Kolumbiya Universitetinin rəhbərliyinə bir neçə tələb irəli sürüblər. Onların arasında İsraildə layihələrə investisiyaların dayandırılması, universitetin maliyyəsində şəffaflığın artırılması və etirazlara görə cəzalandırılan tələbə və müəllimlərə amnistiya verilməsi tələbləri də var.

Qeyd edək ki, universitet “Hamilton Hall”un tutulmasında iştirak edən tələbələrin qovulma riski ilə üzləşdiyi barədə xəbərdarlıq etmişdi.

Etirazçıların tələblərinə cavab olaraq Kolumbiya Universitetinin prezidenti Minuş Şafik universitetin İsraildəki layihələrdən əl çəkməyəcəyini bildirib. Bunun əvəzinə o, Qəzza zolağında səhiyyə və təhsilə sərmayə qoymağı və Kolumbiya universitetinin özəl kapitalını daha şəffaf etməyi təklif etdi.

Xatırladaq ki, son on gündə ABŞ universitetlərində Fələstini dəstəkləyən nümayişlərdə azı 900 nəfər saxlanılıb. Nümayişlər eyni anda bir çox ştatda, o cümlədən Nyu-York, Texas və Kaliforniyada keçirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ən çox oxunanalar