Yaponiyanın baş naziri Fumio Kişida hakim Liberal Demokrat Partiyasından olan namizədlərin Nümayəndələr Palatasına (parlamentin aşağı palatası) seçkilərində uğursuz nəticələrinə görə ölkə parlamentini buraxmaq niyyətində deyil...
Poliqon xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbəri jurnalistlərə açıqlamasında bildirib.
"Biz diqqəti problemlərin həllinə və nəticə göstərməyə cəmləyəcəyik, mən parlamenti buraxmaq haqqında qətiyyən düşünmürəm", deyə Kişida bildirib.
Onun sözlərinə görə, hətta hökumətin reytinqinin aşağı düşməsi və son növbədənkənar seçkilərdə uğursuzluq fonunda belə bir fikir yersizdir.
"Mən seçkilərin nəticələrini çox ciddi və sərt qəbul edirəm. Biz xalqın etimadını qaytarmaq üçün səy göstərəcəyik", deyə baş nazir əlavə edib.
Eyni zamanda, Kişida qeyd edib ki, reytinqləri yaxşılaşdırmaq üçün o, digər məsələlərlə yanaşı, Liberal Demokrat Partiyasında islahatlar, siyasi sistemdə islahatlar aparmaq, vətəndaşların maaş problemlərini həll etmək və ölkədə qiymət artımı ilə mübarizə tədbirlərini gücləndirmək niyyətindədir.
Aprelin 28-də keçirilən seçkilərdə müxalifətdə olan Konstitusiya Demokratik Partiyası qalib gəlib. Sentyabrda ölkədə hakim partiyanın rəhbəri üçün seçkilər planlaşdırılır.
Nümayəndələr Palatasına növbədənkənar seçkilər milli valyutanın dollara nisbətdə məzənnəsinin kəskin artması fonunda baş tutub. Aprelin sonunda ABŞ valyutası 1990-cı ilin iyunundan bəri ilk dəfə olaraq 155 yen həddini keçib.
Poliqon.info