Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini xain adlandırıb. Onun fikrincə, prezident dövlətin milli maraqlarına xəyanət edir...
Poliqon xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
"Ən acınacaqlısı odur ki, hələ də qanuni olaraq Gürcüstan prezidenti adlandırılan şəxs sözün hərfi mənasında, sadəcə olaraq bu ölkəyə xainlik edir. O, birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir. Təəssüf ki, bu gün bu şəxs Gürcüstanın prezidenti adlanır, buna görə mən şəxsən gürcü cəmiyyətindən üzr istəyirəm", deyə İrakli Kobaxidze bildirib.
"Gürcü Arzusu"nun liderləri iddia edirlər ki, Zurabişvili Gürcüstanın və xalqın maraqlarına zidd olaraq vəziyyəti sarsıtmağa, inqilab təşkil etməyə və hakimiyyət dəyişikliyi olacağı təqdirdə "radikal müxalifət"ə qoşulub, ölkəni müharibəyə sürükləməyə çalışır.
Aprelin 18-də Zurabişvili ölkədə xarici agentlər haqqında qanun layihəsinə qarşı davam edən mitinqlərin davam edəcəyinə və 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri strategiyasının tərkib hissəsi olacağına ümid etdiyini bildirib.
Poliqon.info