Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun sədrliyi ilə Cənubi Qafqazda Moskvanın maraqları mövzusunda kollegiya iclası keçirilib

Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə nazirliyin “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviqi” mövzusunda kollegiya iclası keçirilib...

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, kollegiya iclasında “Rusiyanı strateji məğlubiyyətə uğratmaq” naminə Ukraynanın ardınca “kollektiv Qərb”in postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyəti destabilləşdirməyə, Rusiyanı region ölkələri ilə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışdığı vurğulanıb.

Qeyd olunub ki, sırf “sıfır məbləğli oyunlar” məntiqi ilə idarə olunan qərblilərdən fərqli olaraq, Rusiya üçün Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi həmişə prioritet olub və belə də qalır.

"Rusiya bizi çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insan təmasları ilə birləşdirən regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək", - nazir bildirib.

Azərbaycan, ErmənistanRusiya arasında üçtərəfli sazişlər kompleksinin tam yerinə yetirilməsi, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, Ermənistan-Azərbaycan sərhəddinin delimitasiyası və regionda nəqliyyat kommunikasiyalarının açılması üçün səylərin davam etdirilməsi zəruri hesab edilib.

Abxaziya, Gürcüstan və Cənubi Osetiyanın iştirakı ilə Cənubi Qafqaz üzrə Beynəlxalq Cenevrə Müzakirələri çərçivəsində Rusiya gücdən istifadə etməməyə dair etibarlı razılaşmaların əldə edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Regionun üzləşdiyi problemlərin həlli maraqları naminə onun əlaqələrinin və özünü təmin etməsinin gücləndirilməsi vəzifələri, ilk növbədə, kənar müdaxilə olmadan region liderlərinin öz səyləri ilə nəzərdən keçirilir. Bu kontekstdə “3+3” Məşvərətçi Regional Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) potensialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə əməli addımlar müəyyən edilib", deyə Rusiya Xarici Siyasət İdarəsinin yaydığı məlumatda qeyd olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil

Ən çox oxunanalar